Rusiya vətəndaşı Arzuman Əliyevə qarşı irəli sürülən ittihamın HÜQUQİ ANALİZİ
"Bu şəxslərin müdafiəsini təşkil edərək dövlətin nüfuzuna ciddi ziyan vurublar"
Hörmətli vəkillər, halhazırda əmək fəliyyətində olanlar və olmayan hüquqşünaslar, Azərbaycanın nüfuzu üçün narahatlıq keçirən dürüst insanlar, öz ölkəsinin dövlət orqanlarında qanun, ədalət, mənəviyyat anlayışlarının vacibliyinə biganə olmayanlar.
Məhkəmə-hüquq sisteminin prosessual və cinayət qanunvericiliyini haqqında yanlış yorumladığı insanın vəkili olaraq sizə müraciət edirəm.
Bizim fikrimiz – Arzuman Əliyevin, onun Rusiyadakı vəkillərinin, bütünlükdə Rusiyanın vəkillik institutunun fikri belədir ki, əgər onun haqqında çıxarılan hökm qüvvəyə minsə, bu, Azərbaycan çağdaş ədliyyə sisteminin tarixində ən biabırçı səhifə, dost və mehriban müttəfiq Azərbaycana qarşı qara piarın tərkib hissəsi olacaq.
Mən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun II bəndinə görə məhkəmənin prosessual iştirakçısı ola bilmirəm. Qanunun bu maddəsi əcnəbi vəkilləri bir çox ölkdə, eləcə də mənim ölkəmin qanuvericiliyində olduğu kimi bu hüquqdan məhrum edir. Ancaq Əliyev Arzumana qarşı irəli sürülən ittihamı ümuimi müzakirəyə çıxarmağa dünyanın heç bir qanunu qadağan etmir və mən müdafiə etdiyimşəxlə bərabər bu hüququmuzdan yararlanmaq istəyirik. Gələcəkdə biz mövqeyimizin Azərbaycan və Rusiya dövlət başçılarına, Azərbaycan Ali Məhkəməsinin sədrinə, Azərbaycanın Baş prokuroruna, BMT-nin insan haqları üzrə ali komissarı xanım Mişel Baçeletə çatdırmaq üçün gərəkli addımları atacağıq.
1. İttihamın qanuniliyini və əsaslılığını sual altında qoyan prosessual pozuntular
1.1. 87.1 səh.-nə görə ehtimal edilən cinayət zamanı fiziki şəxsə birbaşa maddi və ya mənəvi ziyan dəyərsə, o, zərərçəkmiş elan olunur. İttihamnaməyə və hələlik qüvvəyə minməyən hökmə görə, mənim əsassız olaraq suçlandığım boru məhsullarının qanunsuz dövriyyəsində Vıksun Metallurgiya zavodu, Rustavi Metallurgiya Zavodu, “Kristal R” ASM, “Tanker” ASM, ARDNŞ iştirak edib. İttiham aktına görə, dələduzluq predmeti olan boru məhsullarının xassələri, xarakterləri, qiyməti diametri 530 mm olan 966 ton və D markalı 222 ton borunun Nazim Tahirovun və Elbrus Məmmədovun, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan digər şəksin istifadəsində olduğunu istisna edir.
Nazim Tahirov və Elbrus Məmmədov fərdi sahibkar deyillər. Qanunun tələblərinə məhəl qoyulmadan heç bir hüquqi şəxs və ya sahibkarlıq subyekti zərərçəkmişqismində tanınmayıb. Nazim Tahirov və Elbrus Məmmədovun həm istintaq, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələr ziddiyətli və əsaslandırılmamış olduqları üçün sübut sayıla bilməz və AR Konstitusiyasının 4-cü bəndinə və RF CPM-nin 125.2.7 maddəsinə görə ittiham irəli sürülməsi üçün əsas sayıla bilməz. Mənə və mənim müdafiə etdiyim Arzuman Əliyevə bəlli deyil ki, biz nədən müdafiə olunmalıyıq – Nazim Tahirovla Elbrus Məmmədovun şəxsli əmlakının ələ keçirilməsindən, yoxsa, digər sahibkarlıq subyektlərinə aid əmlakın qarət edilməsindən.
1.2. Tamamilə qanunsuz, əsaslandırılmamış ittihama və onun əsasında çıxarılan hökmə görə, mən Rüfət Vəliyevdən onu ARDNŞ-da işə düzəltmək üçün 50 min ABŞ dolları rüşvət almışam. Əgər qanun adlanan bir anlayış varsa, vicdan və sivil ədalət mühakiməsi anlayışları mövcuddursa, Rüfət Vəliyev AR CM-nin 312-ci maddısi ilə rüşvət verdiyi üçün cinayət məsuliyyətinə gəlb edilməlidir. Bütün hallarda o, zərərçəkmiş sayılmır, çünki nə AR Konstitusiyası, nə AR Mülki Məcəlləsi, ya da hər hansı başqa qanunvericilik aktı heç bir Azərbaycan Respublikası vətəndaşına rüşvət vermək hüququ tanımır. Eyni zamanda, rüşvət vermə heç bir qanunun müdafiəsi altında ola bilməz, bu haqda “hüquq” heç bir ittiham aktının əsasında dayana bilməz. AR Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli “Dələduzluq haqqında cinayət işləri üzrə məhkəmə praktikası üzrə” Qərarında bildirilir: məhkəmələr diqqətə almalıdırlar ki, maddi dəyəri olan əşyaların və pul vəsaitlərinin rüşvət olaraq verilməsində əli olan şəxslərin əməllərinin AR CM-nin 312 maddəsinin 29-cu bəndi ilə tövsif olunması onun əməllərində cinayət tərkibinin olmaması anlamına gəlmir və bu səbəbdən o, zərərçəkmiş şəxs kimi tanına bilməz, rüşvət kimi verdiyi dəyərli əşyaların qaytarılması ilə bağlı iddia irəli sürə bilməz. Bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilib edilməməsi prosessual qanunvericiliklə tənzimlənir. Bu zaman qiymətli əşyalar və digər əmlak müsadirə olunmalıdır. Qeyd etmək lazımdır ki, Ali Məhkəmənin Plenumunun qərarları AR Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə görə bütün məhkəmələr üçün norması qüvvəsindədir.
İlkin istintaq orqanları və məhkəmə hakimiyyəti isə cinayət qanunvericiliyinin bu tələblərini pozaraq öz cinayətkar maraqlarından çıxış edərək bu şəxslərin müdafiəsini təşkil edərək dövlətin nüfuzuna ciddi ziyan vurublar.
1.3. Ağır Cinaytələr Üzrə Məhkəmənin 07.11.2016-cı ildə çıxardığı ədalətsiz, əsassız, qanuna zidd qərara görə, Arzuman Əliyev bu cinayətdə təqsirli bilinib, bununla da AR CPM-nin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmənin dönəmi başa çatıbsa, məhkəmə baxışının istənilən mərhələsində müttəhimin vəsatəti olmadan məhkəmə baxışının davam etdirilməsi yolverilməzdir) maddəsinin tələblərini pozub.
2. Digər şəxslərin qanunsuz maraqlarının müdafiəsi ilə bağlı ittihamların əsassızlığı haqqında
Dövlət adından məhkəmə baxışı keçirən zaman prokuror, müstəntiq, eləcə də digər vəzifəli şəxslər ittiham tərəfdən çıxış edərkən AR CPM-nin ədalətli mühakimə tələblərinə - şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri zamanı bütün hüquqlarının qorunmasına (maddə 12), öz professional fəaliyyətləri zamanı təqsirsizlik prezumpsiyasını nəzərə almalarına (maddə 21), təqsirləndirilən və şübhəli şəxslərin müdafiə hüququnu təmin etməyə (maddə 19.1), qərarları qanun çərçivəsində əsaslandırılmış qaydada qəbul etməyə (maddə 9.1.3), yalnız ittiham edən tərəf bütün halları nəzərə alaraq obyektiv, hərtərəfli araşdırma apardıqdan sonra hökm çıxarılmasına tabe olmalıdırlar.
Sadalanan müddəalar həm istintaq zamanı, həm məhkəmə baxışı zamanı pozulub.
2.1 Qanunsuz ittihama görə, Nazim Tahirov və Elbrus Məmmədov özlərinə məxsus əmlakı Arzuman Əliyevə, o da bu əmlakı sonra ARDNŞ-a satıb. Məhkəmədə şahid kimi dindirilən Aləm Əkbərov bildirib ki, 2007-2009-cu illərdə ictimai əsaslarla ARDNŞ-ın maddi-texniki təchizat üzrə alqı-satqı, planlama və maliyyə fəaliyyətini həyata keçirib. O, ARDNŞ-a “Kristal R”, “Tanker” MMC-lərindən boru alınmasına da yardım edib, yalnız şirkət rəhbərlərinin adını xatırlamır. Bu iddiaların yalan və əsassız olduğu onunla təsdiq olunur ki, əgər Aləm Ələkbərova ARDNŞ üçün alqı-satqı əməliyyatları həyata keçirmək üzrə fövqəladə səlahiyyətlər verilsəydi, onun işə götürülməsi və vəzifədən azad edilməsi AR Prezidentinin sərəncamı ilə həyata keçirilməli idi. Həqiqətin üzə çıxarılmasına imkan verməyən məhkəmə Aləm Ələkbərova – sizə bu səlahiyyəti kim vermişdi sualını ünvanlamaq kimi ən vacib sualı belə verməyib.
Bu gün tam aydın olub ki, vətəndaş Sərraf Məmmədzadə, Abbas Qasımov, Aləm Ələkbərov mal tədarük edən şirkətlərlə ARDNŞ arasında əlaqələr üzərində süni monopoliya yaradaraq on milyonlarla ABŞ dolları əldə edib, bununla da dövlət başçısının və ARDNŞ-ın işgüzar nüfuzuna ciddi zərbə vurublar. Əgər bu qanunsuz, absurd hökm qüvvəyə minsə, o deməkdir ki, bütün dünya Azərbaycana qarşı ARDNŞ-da Aləm Ələkbərovun başçılığı ilə qeyri-formal maliyyə xidmətinin fəaliyyət göstərməsi, Abbas Qasımovla Sərraf Məmmədzadənin bu xidməti həyata keçirmələri, onları bu vəzifəyə ARDNŞ Nizamnaməsinin 5.3 maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin təyin etməsi haqqında iddia səsləndirə bilər.
2.2.İlkin istintaq orqanları, məhkəmə hakimiyyəti öz fundamental vəzifələrini yerinə yetirməyərək “Kristal R”, “Tanker” MMC-lərin formal olaraq kimin nəzarətində olduğunu, faktiki kim tərəfindən idarə olunduğunu, maliyə və maddi resursların kimi əlində cəmləşdiyini aydınlaşdırmayıb. Lakin bu, məhkəmə araşdırmasının gedişini köklü şəkildə dəyişə bilərdi. Artıq bəlli olub ki, “Kristal R”, “Tanker” MMC-lərinin faktiki rəhbərləri Sərraf Məmmədovla Abbas Qasımov olub. Onlar Arzuman Əliyevə qarət etdiyi iddia olunan boru məhsullarının alqı-satqısından birbaşa iştirak edib, bu işdən külli miqdarda vəsait mənimsəyiblər. Mənim sözlərimi hüquqi şəxslərin dövlət reyestri və “Tanker” ASC-nin ünvanına dəmir yolu ilə gələn 63901086, 60015583, 60032570, 6397729, 67350009 saylı, “Kristal R” MMC-nin ünvanına gələn 64501828, 62689567, 60920436, 64680978, 61750733, 65205981, 65040172, 67322081, 67688473, 61143921, 62559380, 67637918, 64212921, 64963754 saylı vaqonlar da təsdiq edir. Böyük ehtimalla bu vaqonların gömrük qeydiyyatını Abbas Qasımov həyata keçirib, “Kristal R”, “Tanker” MMC-lərin ARDNŞ-a boru satışı isə Sərraf Məmmədzadə və Aləm Ələkbərovun nəzarətinə olub.
2.3. Bəxtiyar Məmmədovun ifadələri də absurd və həqiqətdən uzaqdır. O, 2008-2009-cu illərdə Atabankın valyutadəyişmə məntəqəsinin əməkdaşı olduğunu bildirir. Qeyd edim ki, həmin illərdə ARDNŞ-ın Atabankda hesabı olmayıb. Bundan başqa, AR Konstitusiyasının 3-cü bəndinin 19-cu maddəsinə və AR MPM-nin 439.1-ci maddəsinə görə ARDNŞ Azərbaycanın rezidenti olmayan “Kristal R”, “Tanker” MMC-lərin hesabına xarici valyuta ödəyə bilməzdi. Bəxtiyar Məmmədovun saxta ifadəsinə görə, alınan məhsul üçün ödənişləri şirkətlərə ARDNŞ deyil, Aləm Ələkbərovun, Sərraf Məmmədovun, Abbas Qasımovun yaratdığını süni monopoliya adından ödənilib və bu zaman AR MM-nin 971.1, 439.1 maddələrinin tələbləri pozulub.
2.4. Cinayət hüququna görə, əmlakı ələ keçirməni sübut etmək üçün sahibinə vurulan ziyanı dəqiq göstərmək gərəkdir. Bu o deməkdir ki, şəxsin əmlakının mənimsənilməsi, (o sıradan dələduzlu yolu ilə) cinayətin maddi tərkibidir və bu, ictimai qaydaların pozulması anlamına gəlir. Hüquq sistemində dəyən ziyanın miqdarının, hansı vasitələrlə ələ keçirilməsinin özəlliklərinin aşkarlanması ədalətli mühakimə hüququnun, eləcə də şəxsin mülkiyyət üzərindəki hüququnun təsdiq edilməsi üçün vacibdir. Dələduzluq bir şəxsin etibarından sui-istifadə edilərək onun əmlakının mənimsənilməsi yolu ilə şəxsə maddi ziyan vurulması mənasını verir. İttiham olunduğum işdə başqa nəzəri halların heç biri hətta sübuta yetirilsə belə, dələduzluğun təsbit edilməsi üçün hüquqi qüvvə daşımır. Məhkəmə hökmündə yazılır ki, Azərbaycan rezidenti ( “Kristal R”, “Tanker” MMC-lərin) tərəfindən Azərbaycan rezidentinin (ARDINŞ-ın) adına boru məhsullarının verilməsi zamanı ziyan kimi ƏDV-dən gözlənilən gəlirlər göstərilir ki, bu da AR MM-nin 135-150-ci səhifələrində qeyd olunan tələbnlərə ziddir.
Azərbaycan Ali Məhkəməsi Plenumunun “Oğurluq, quldurluq, qarət cinayətləri üzrə məhkəmə praktikası haqqında” 03.03.2005-ci il tarixli qərarının sonuncu abzasında (AR Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə görə bütün məhkəmələr üçün norması qüvvəsindədir) bildirilir: ələ keçirilən əmlakın miqdarı təyin edilən zaman onun cinayət baş verən zaman faktiki qiyməti əsas götürülür. Faktiki qiymətin müəyyən edilməsi ekspert rəyləri əsasında həyata keçirilir.
Beləliklə, Arzuman Əliyevə qarşı əmlakın ələ keçirilməsi ittiham irəli sürülən zaman bu tələblər pozulub, guya mənimsənilən məhsullarla dəymiş real ziyan, əmlakın maddi dəyəri hesablanmayıb.
2.5. Mühakimənin çıxardığı qərar ziddiyətli olduğu qədər, qanunsuzdur, hətta bundan daha artığıdır. Qərarda göstərilir ki, cinayət “Kristal R”, “Tanker” MMC-lərdən istifadə edilməklə həyata keçirilib. Məhkəmə və istintaq orqanları bu şirkətlərin Sərraf Məmmədzadəyə, Abbas Qasımova aid olduğunu bilə-bilə bu şirkətlərin əmlakını idarə edən şəxsləri müəyyən etməyin mümkünsüzlüyünü elan edib.
Məhkəmə Nazim Tahirovun Arzuman Əliyevin cinayətdə günahkar olması haqqında ifadələrini əsaslı, yetərli, düzgün hesab etsə də Nazim Tahirovun Sərraf Məmmədzadənin şirkətlərlə ARDNŞ arasında əsas vasitəçi olduğu haqda ifadələrini nəzərə almayıb. Yəni, dünya məhkəmə praktikasında ilk dəfə məhkəmə qərar çıxaran zaman prosessual “yeniliyə” imza atıb – bir adamın ifadəsinin bir hissəsi etibarlı, digər hissəsi etibarsız elan edilib.
Məhkəmə qərarında göstərilir ki, hökm çıxarılan zamanı ARDNŞ-dan 64501828, 62689567, 60920436, 64680978, 61750733, 65205981, 65040172, 67322081, 67688473, 61143921, 62559380, 67637918, 64212921, 64963754 vaqonların yükləri üzrə “Kristal R”, “Tanker” ASC-ləri ilə hesablaşmalar haqqında alınan arayışlar da əsas götürülüb. Guya bu sənədlər Aləm Ələkbərovun və Sərraf Məmmədzadənin pul vəsaiti almalarını imkar edir. Eyni zamanda Aləm Ələkbərov etiraf edir ki, maliyyə, maddi-tezniki təchizat üzrə fövqəladə səlahiyyətli şəxs olub və məhsul göndərən şirkətlərə ödəmələri valyutadəyişmə məntəq ələrindən həyata keçirib. Bu zaman Azərbaycan Prezidenti tərəfindən (Azərbaycan prezidenti Heydər Əliyevin 24.01.2003-cü ildə imzaladığı 844 saylı Fərman) təsdiq edilən ARDNŞ-ın Nizamnaməsinin ARDNŞ-ın valyutadəyişmə, bank, kredit əməliyyatlarında iştirakını mümkün olmadığını hökm edən tərkibini və mənsasını pozur. Başqa sözlə ARDNŞ ilə Aləm Ələkbərov, Bəxtiyar Məmmədov, Sərraf Məmmədzadə, Abbas Qasımov arasında yaradılan zəncir qanunlara tamamilə zidd olub. Məhkəmə və ilkin istintaq bilərəkdən adı çəkilən şəxslərin ARDNŞ kimi nüfuzlu dövlət şirkətinin adından qanunsuz istəfadə edərək və sələhiyyətli şəxslərin səlahiyyətini zəbt edərək qanunsuz bank fəaliyyəti, qanunsuz sahibkarlıqla məşğul olmaları haqqında suallardan yayınıb. Bütün bunlar Aləm Ələkbərovun, Bəxtiyar Məmmədovun, Səffaf Məmmədzadənin törətdikləri əməllərin AR CM-nin 310-cu maddəsində tövsif olunan əməllərlə üst-üstə düşdüyünü göstərir.
2.6. Məhkəmə təqsirsizlik prizumpsiyası kimi fundamental prinsipi aşağıdakı formalarda kobud şəkildə pozub
2.6.1. Məhkəmə qarətin dəqiq təsvirini verməyib – guya zərər çəkmiş şəxslərin sərbəst şəkildə təyin etdikləri qiymətlər üzrə ödəniş etməyim onları qarət etməyim anlamına gəlmir
2.6.2. Məhkəmə mənim hansı məhsulu, nə şəkildə mənimsədiyimi, onun üzərində hansı qərarvermə hüququmun yarandığını açıqlamayıb. Mənim gömrük əməliyyatlarından sonra boru məhsullarının təmizlənməsi ilə məşğul olan “Kristal R”, “Tanker” MMC-lərdən heç birinə bağlılığım olmayıb. Hüquqi sənədlər olmadan hər hansı şəxsin dəmir yolu ilə gələn məhsulu təhvil alması mümkün deyil. Hökmdə Arzuman Əliyevin bu işdə əli olduğu bildirilmir, demək ki, “Kristal R”, “Tanker” MMC-ləri tərəfində kimlərsə qanuni nümayəndə kimi çıxış edib. Məhkəmə Arzuman Əliyevin “Kristal R”, “Tanker” MMC-lərdən hər hansına bağlı olduğumu sübuta yetirə bilmədiyi üçün əmlakın ələ keçirilməsi üzrə ittiham Arzuman Əliyevə yönəldilə bilməz.
2.6.3. Məhkəmə boru məhsullarının ARDNŞ-a hansı işlərin görülməsi üçün, hansı qiymətə satıldığını müəyyən etməyib. Aləm Ələkbərov, Bəxtiyar Məmmədov və Sərraf Məmmədzadənin ARDNŞ adından hər hansı müqavilə üzrə çıxış etmək səlahiyyətləri olmayıb. Məhkəmə iddia edildiyi kimi Arzuman Əliyev boru məhsullarını ARDNŞ-a satıbsa, bu halda ARDNŞ tərəfindən səlahiyyətli şəxs olaraq kimin çıxış etdiyini, belə bir alqı-satqının kimlərlə həyata keçirildiyini, müqavilənin mühüm şərtlərinin ARDNŞ tərəfdən kimin qəbul etdiyini müəyyən etməyib. Bununla yanaşı, Sərraf Məmmədzadə özu öz ifadəsində, Tahirov Nazimdən burunun qiymətinin hər tonu üçünm 300 dollar aşağı salınmasını tələb etdiyini söyləyir, və bu da onun ARDNŞ adından qeyri qanuni çıxış etməsini sübut edir.
Beləliklə, çıxarılan hökm qanunsuz olmaqla şəxsin cinayətini sübut edən sənəd kimi qəbul edilə bilməz.
3. Ədalətsiz hökm və ziddiyətli ifadələrlə zəngin ittiham aktı Hüquq və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin kobud şəkildə pozub.
3.1.1 AR MM-nin 16-cı maddəsi qanundan istənilən formada sui-istifadən qadağan edir. Qanunun sui-istifadə edilməsi subyekt ona verilən hüquq üzrə normaları pozduqda, cəmiyyətin və dövlətin maraqlarından çıxış etmədikdə, ona verilən hüquq üzrə qanuni vəzifələri həyata keçirmədikdə üzə çıxır. Saxta iddialarla tərtib olunmuş ittiham aktı üzrə qəbul olunan qanunsuz hökm Rüfət Vəliyevə rüşvət vermə, Nazim Tahirova və Elbrus Məmmədova qanunsuz sahbkarlıq, sahibkarlıq subyektini qeydiyyatdan keçirmədən gəlirləri bütün vergidən yayındıraraq mənimsəmə hüququnu tanıyır. Məhkəmə Aləm Ələkbərovun ARDNŞ-ın yüksək vəzifəli şəxsi səlahiyyətlərini mənimsəməsini, Sərraf Məmmədovun isə dövlət müqaviləsinə dəyişiklik edərək ARDNŞ-ın təyin etdiyi qiymətləri sərbəst şəkildə dəyişmək hüququnu təsdiq edir.
Avropa İnsan Haqları Məhkəməsi bildirir ki, demokratik cəmiyyətlərdə məhkəmələr vətəndaşım etibarını qazanmalıdırlar. Bu o deməkdir ki, məsələlərin məhkəmə qaydasında çözümü zamanı konkret hakimin obyektivliyinin yetərli olmayacağı haqqında şübhələr varsa, həmin hakimin münasibəti önəmli sayılsa da son qərar hesab edilmir. Bu halda həlledici məqam qanuni şübhələrin obyektiv təsdiqi olur. Castillo Algar v. Spain, 28 oktyabr 1998 tarixli qərar., Xülasə 1998-VIII, shifə. 3116, § 45)
Arzuman Əliyevin işi üzrə məhkəmənin obyektivliyi, göründüyü kimi heç bir şərhə sığmır, bunu istənilən obyektiv şəxs müşahidə edə bilər.
NƏTİCƏLƏR
1. Əməllərində qanunsuz sahibkarlıqla bağlı təkzibedilməz sübutlar olan vətəndaş Elbrus Məmmədov və Nazim Tahirovun ifadələri əsasında hazırlanan ittiham aktı tamamilə əsassızdır, bu şəxslər zərərkəşmiş elan edilə, məhkəmə qarşısında bu haqda iddia qaldıra bilməzlər. Bu haqda bütün dindirmə sənədləri iş üzrə sübut sayıla bilməz.
2. İttiham eyni zamanda Rüfət Vəliyevin ifadələri əsasında hazırlanıb. İlkin istintaq onun rüşvət vermə hüququnu tanıyıb, məhkəmə bu hüququ təsdiq edib. Bu halda həmin şəxsrin verdiyi ifadələr iş üzrə sübut deyil, mənasız kağız sayıla bilər.
3. İttiham aktı özünü ARDNŞ-ın yüksək səlahiyyətli şəxsi kimi təqdim edən Aləm Ələkbərovun ifadələri üzrə hazırlanıb. Onun özünü ARDNŞ-ın vitse-prezidentinin səlahiyyətlərinə yaxın səlahiyyətləri olan yüksək vəzifəli şəxs kimi təqdim etməsi CM-nin 310-cu maddəsindəki cinayətlərlə eynidir.
Bu saxta ifadələri əsas götürülürsə, Aləm Ələkbərova qarşı vəkilin iştirakı ilə fakt üzrə ittiham irəli sürülməlidir. Əgər Aləm Ələkbərovun ifadələri sıradan bir fakt kimi nəzərə alınırsa, bu o deməkdir ki, hökm qüvvəyə mindiyi zaman Azərbaycana illərlə utanc gətirəcək, bədnam qonşularımız beynəlxalq hüquq müstəvisində bu hökmü əsas götürərək şou düzəldəcək, Azərbaycan Respublikası dövləti hakimiyyətinin bütün sistemini şübhə altına alacaq. Çünki, həmin ifadədə söylənilənlən AR CM-nin 310-cu maddəsinin, BMT Baş Assambleyasının 12 dekabr 1996-cı ildə qəbul edilən 51/59-cu Qətnaməsinin, BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının 9-cu maddəsinin tələblərini kobud şəkildə pozur.
Hesab edirik ki, Azərbaycan Respublikasının hörmətli Baş Prokuroru AR Konstitusiyasının 130-cu maddəsini və AR CPM-nin 314.2 maddəsini əsas götürərək
Arzuman Əliyevə qarşı qaldırılan, Bakı Apelyasiya Məhkəməsində baxılan 1 (103)-1601/2018 nömrəli cinayət işinə yenidən baxılması
Hüquqi şəxslər - Carlex Technology, Silver Ford, Rikas Export, Nordwind Corparation, Petroleum Tools Itd, “Kristal R” MMC, “Tanker” MMC adından ARDNŞ-dan yüz milyonlarla ABŞ dolları alan şəxslərin kimliyinin aşkarlanması
AR CPM-nin 314.2 maddəsinin tələblərinə uyğun olaraq dövlət ittihamı üzrə yetərli sübutların müəyyən edilməsini təmin edə bilər.
Xahiş edirəm, bütün maraqlı tərəflər məsələ ilə bağlı öz mövqelərini açıqlasınlar. 04 may 2019-cu il 10 may 2019-cu il tarixlərində füsünkar Bakı şəhərində olacağam. Azərbaycan Prezidentinin səlahiyyətlərini mənimsəyərək özünü nüfuzlu dövlət şirkətinin yüksək vəzifəli şəxsi elan edən bir qrup şəxsin iddiası əsasında günahsız vətəndaşın həbsinə biganə olmayanların hamısı ilə görüşməyə hazıram.
Vəkil A.A. Karançevski \\AzNews.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-05-2019, 22:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-05-2019, 22:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24