Paşinyanın avtoqolu: Azərbaycana qarşı müharibə
Azərbaycanın əldə etdiyi hərbi uğurlar Paşinyanın hakimiyyətinin sonunun yaxınlaşması ehtimalından xəbər verir
İtaliyanın “L'Opinione" qəzetində italyan jurnalist Domeniko Letisiyanın müəllif olduğu “Paşinyanın avtoqolu: Azərbaycana qarşı müharibə” (Autogol di Pashinyan: la guerra contro l’Azerbaigian) başlıqda məqalə dərc edilmişdir.
Məqalədə cari ilin sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hücumları ilə başlayan fasiləsiz döyüşlər zamanı ölkəmizin mülki əhalisinin və infrastrukturunun atəşə məruz qaldığı bildirilir. 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni hədəf alması ilə döyüş səhnəsinin Dağlıq-Qarabağ və ətraf 7 rayondan kənara çıxdığına və mülki əhalinin yaşadığı Tərtər, Füzuli və Cəbrayıl rayonlarının atəşə tutulduğuna toxunulur.
Məqalənin dərc edildiyi tarixə Azərbaycanın mülki əhalisi arasında 27 nəfərin vəfat etdiyi və 141 nəfərin isə yaralandığı, 500-dən çox fərdi evin tamamilə dağıdıldı və ya ciddi ziyan gördüyü vurğulanır. Müəllif beynəlxalq hüququn hərbi əməliyyatlarda hərbiçilərlə mülki vətəndaşlar, hərbi və mülki strukturlar arasında fərqin gözlənilməsini şərtləndirdiyini vurğulayaraq Ermənistan tərəfinin buna məhəl qoymadığına diqqət çəkir.
Jurnalist əslində bütün bunların Ermənistan tərəfindən qəsdən törədildiyini, təsadüfi xarakter daşımadığını və indiki vəziyyətdə alovlanmış qarşıdurmanın əsas səbəblərini Ermənistanın daxilində axtarmaq lazım olduğunu qeyd edir. Bu zaman müəllif 27 sentyabrdan öncə Ermənistanın daxilində baş verən hadisələrə səyahət edərək, hazırki hərbi əməliyyatların başlanılmasına Ermənistanı vadar edən daxili amilləri İtaliya ictimaiyyətinə çatırır.
Ermənistan daxilində gərginliyin artmasına səbəb olan amillərlə bağlı ətraflı məlumat verən D.Letisiya toqquşmalardan əvvəl Paşinyan rejiminin mövcud siyasətini qınamaq üçün Ermənistanda daxili müxalifətin birləşməklə bağlı verdiyi qərarı və 8 oktyabr 2020-ci il tarixində paytaxt İrəvanın Azadlıq Meydanında hakimiyyətdə köklü dəyişiklər tələbi ilə müxalifətin birlikdə küçələrə çıxmağı planlaşdırdığını yada salır. Eyni zamanda, son aylarda hüquq mühafizə orqanlarının rəhbər nümayəndələrinin istefaları da daxil olmaqla Ermənistan hakim rejiminin daxilində dəyişikliklərin baş verdiyini vurğulayır.
Ermənistan müxalifət partiyaların döyüşlərdən öncə beynəlxalq mediaya təqdim etdiyi birgə bəyanata istinadən müəllif qeyd edir ki, səhiyyə sahəsindəki tənəzzül, iqtisadi və məşğulluq böhranı ilə üzləşən erməni əhalisinin acınacaqlı vəziyyətinin pandemiya dönəmində daha da pisləşməsi müşahidə edilir. Paşinyan rejimi dönəmində korrupsiya hallarının daha da yüksəldiyi, hakim komandanın hakimiyyətdən sui-istifadə etməsi ilə bağlı şikayətlər və əsaslı sənədlər təqdim edən qeyri-hökumət təşkilatlarının davamlı təzyiqlərə məruz qalması ilə bağlı əsas müxalifət partiyalarının yekdil olması qeyd olunur. Müəllif məqalədə birləşmiş müxalif partiyalarının beynəlxalq mediaya təqdim etdikləri bəyanatdan bu fikirləri qeyd edir: “Son iki ildə vətəndaşların gözləntiləri boşa çıxmışdır, biz çətin bir dövrü yaşayırıq və dövlət qurumlarının bütün elan edilmiş siyasi vədləri uğursuzluğa məruz qalmış və həyata keçirilməmişdir. Ölkənin inkişafı təhlükə altındadır. Müasir dövrün çağırışlarına cavab verməkdə səriştəsizlik nümayiş etdirmiş hakim qüvvə problemləri idarə etmək və həll etmək iqtidarında olmamaqla səciyyələnmişdir. Qeyd edilən səbəblərdən müxalifət partiyalar ölkədə yeni bir hakim sinif və yeni bir icra hakimiyyətinin formalaşmasının qaçılmaz olduğuna inanırlar”.
Eyni zamanda məqalədə xatırladılır ki, 2018-ci ildə "məxməri inqilab" əməliyyatı nəticəsində hakimiyyətə gələn Nikol Paşinyandan xalqın ölkədə hökm sürən dözülməz korrupsiya və insan haqları pozuntularına son qoymaq və demokratiyaya və ölkədə iqtisadi və sosial inkişafa nail olmaqla bağlı gözləntiləri var idi. Bildirilir ki, Paşinyan da öz növbəsində xalqa ölkədəki bütün haqsızlıqları tez bir zamanda aradan qaldıracağını və Ermənistanda qanunun aliliyi və sosial-iqtisadi cənnət yaradacağını vəd etmişdi.
İtaliyalı jurnalist Paşinyan rejiminin atdığı addımların xalqın ümidlərini tamamilə sarsıtdığını, son aylarda “demokratik” Ermənistanın daxili qarşıdurmalar ocağına çevrildiyini və 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi toqquşmalar başlamazdan əvvəl Ermənistanda hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmurlarının ardıcıl istefaya göndərildiyini yada salır.
Ermənistanda kütləvi insan haqları pozuntuları, hakimlərin təzyiqi və şantajı, jurnalistlərin, müxalifət fəallarının və həbsdə olan siyasi rəqiblərin həbslərinin qeydə alındığı bildirilir. Erməni jurnalist və siyasətçi Mher Yegiyazaryanın 2019-cu ilin yanvarında keçirdiyi aclıq aksiyasından sonra həbsxanada öldüyünə, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işinin açıldığına, Köçəryanın hətta həbs olunaraq bir neçə ay həbsdə qaldığına və sonra sərbəst buraxıldığına, eyni zamanda bir çox parlament üzvlərinin toxunulmazlığına baxmayaraq nəzarətə alındığına diqqət çəkilir.
Paşinyanın qeyri-qanuni qərarlar çıxarmaqla bağlı təzyiqlərinə qaşı çıxan Konstitusiya məhkəməsinin sədrinin və digər üzvlərin səlahiyyətləri ilə bağlı Konstitusiyaya şübhəli dəyişiklik edildiyi vurğulanır və Paşinyanın pandemiyadan istifadə edərək bu dəyişiklikləri öz nəzarəti altında olduğu parlamentdə etdiyi, əslində bunun referendum vasitəsilə həyata keçirilməli olduğu bildirilir.
Məqalədə Paşinyan və onun həyat yoldaşının qanunsuz hərəkətlərinin bununla məhdudlaşmadığına diqqət çəkən müəllif, eyni zamanda hakim ailənin qanunsuz ticarət fəaliyyəti və qanunsuz beynəlxalq metal, almaz, silah, tütün alveri ilə məşğul olduğu barədə məlumat verir. Ermənistan hakim rejiminin milli təhlükəsizlik, hüquq mühafizə orqanları və bəzi media orqanlarının təzyiqi ilə “leqallaşdırılmış qəsb sistemi” tətbiq etdiyi və iş adamlarının Paşinyan və onun həyat yoldaşına “vergi” ödəməyə məcbur edildiyi bildirilir.
Jurnalist cəbhə xəttində gərginliyin artmasının Paşinyana hansı səbəbdən sərf etdiyini aşağıdakı fikirlərlə izah edir: “Bütün bunlar keçmiş hərbi cinayətkar xuntanı devirən Paşinyanın xalqın demokratiya ümidlərinə cavab olaraq ölkədə inqilabi diktatura qurduğunu göstərir. Dağlıq Qarabağ problemi isə Paşinyan və həyat yoldaşının əlində ittihamlardan diqqəti yayındırmaq üçün əsas vasitəyə çevrilmişdir. Məqalədə qeyd olunur ki, Paşinyan və həyat yoldaşı qanunsuz hərəkətlərdə günahlandırıldıqda, onlar tərəfindən Dağlıq Qarabağ məsələsi ilə bağlı təxribat xarakterli bəyanatlar və hərəkətlər daha da artır. Belə ki, Paşinyanın danışıqlar formatını Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə dəyişdirmək cəhdləri, oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərməsi, "Dağlıq Qarabağ Ermənistandır" deyə bəyanat verməsi, 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi əməliyyatlar həyata keçirməsi, Anna Hakobyanın Dağlıq Qarabağdakı qadınlarla döyüş və atış hazırlığı kurslarında iştirakı da qeyd edilən məqsədlərə xidmət edir”.
“27 sentyabrda Azərbaycana edilən hücum bu uzun zəncirdə yalnız son halqadır, lakin Azərbaycanın əldə etdiyi hərbi uğurlar Paşinyanın hakimiyyətinin sonunun yaxınlaşması ehtimalından xəbər verir. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq, BMT Baş Assambleyanın 75-ci iclası çərçivəsində BMT-nin 75-ci ildönümü münasibətilə keçirilən yüksək səviyyəli iclasdakı video formatdakı çıxışında Paşinyanın son addımlarına münasibətdə BMT kürsüsündən bunları bəyan etmişdir: "Ermənistanın təcavüzkar ritorikası və təxribatları göstərir ki, Ermənistan Azərbaycana qarşı yeni bir təcavüzə hazırlaşır." Hazırda baş verənlər bu fikirlərin təsdiqidir”, deyə müəllif məqaləni bu fikirlərlə tamamlayır.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
http://www.opinione.it/esteri/2020/10/07/domenico-letizia_pashinyan-azerbaigian-armenia-conflitto-missili-morti-civili/
Paylaş:
Müəllif : Fuad
Tarix:9-10-2020, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-10-2020, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01