reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu günün havası

reklam

Bu günün havası


Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında gündüz 19-24, Bakıda isə 22-24 dərəcə isti təşkil edəcək.

Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gündüz 23-28, dağlarda isə 13-17 dərəcə isti təşkil edəcək.


Paylaş:


Müəllif : Tarix:
4-05-2019, 09:32
Sikayət   


loading...
Загрузка...