Hava soyuduqca koronavirus təhlükəsi artır
Azərbaycan bu gün nəinki ön cəbhədə düşmənlə mübarizə aparır, eləcə də düşmən qədər təhlükəli olan COVID-19- la mübarizəsini davam etdirir. Çünki son günlər pandemiyaya yoluxanların sayında artım var. Bir çox ölkələr pandemiyanın ikinci baharını yaşayır. Bu, artıq Azərbaycanda koronavirusu yenidən gündəmə gətirir.
Bu barədə REAL TV-yə infeksionist - həkim Namiq Nəbiyev məlumat verib. O qeyd edib ki, yeni yoluxan xəstələrin sayında əvvəlki günlərlə müqayisədə fərq var: “Təbii ki, bu, bizə xeyir etmir. Əhaliyə demək istəyirik ki, müharibənin bu vaxtı ön cəbhəyə dəstək olmalıyıq”.
Mütəxəssislər bildirir ki, xüsusilə də payız mövsümündə xəstəliklərin baş qaldırdığı bir dövrdə mübarizə tədbirləri daha da gücləndirilməlidir. Çünki hava soyuduqca infeksion xəstəliklərin miqyası daha da güclənir. Koronavirus xəstəliyi ilə o xəstəliklər arasında müəyyən qədər oxşarlıq var.
“Bəs bu xəstəlikləri necə ayırmaq olar?” sualına həkim Aygün Məmmədova cavab verib ki, qrip 3 günə, ən uzağı 7 günə keçib gedir: “Amma koronavirusa yoluxmuş insanlarda hərarət artmağa başlayır. Əgər 37 dərəcə ilə başlayırsa, sonrakı günlərdə hərarətin 40 dərəcəyə qədər yüksəlməsi baş verir”.
Mütəxəssislər belə bir vaxtda qaydalara əməl etməyi tövsiyyə edirlər. Gündəlik maskadan istifadə edilməsi, əllərin dezinfeksiya edilməsi zəruri tədbirlərdəndir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-10-2020, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-10-2020, 16:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:22
Ağır yaralanıb əmək qabiliyYətini itirən Ucar sakininə əlillik niyə verilmir ?- ŞİKAYƏT
4-01-2025, 11:55
Polşa Aİ Şurasına sədrliyi dövründə ABŞ, Böyük Britaniya və Cənubi Koreya ilə əməkdaşlığı gücləndirəcək
4-01-2025, 10:49
Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil
4-01-2025, 10:35
Abşeronda qanusuz evləri tikən “MAKLER”lər icra başçısı Abdin Fərzəliyevlə necə anlaşıb?
3-01-2025, 11:29