Tanınmışların övladları ön cəbhədə: - “O, sənəd üzərində mənim oğlumdur”
Azərbaycan Ordusunun cəbhədə böyük uğurlara imza atdığı bir zamanda, arxa cəbhə də boş dayanmır. Qismən səfərbərlik səbəbindən cəbhəyə çağırılan ehtiyatda olan əsgər və zabitlərimiz, habelə könüllü orduya yazılan vətəndaşlarımız Vətənin müdafiəsi üçün tərəddüd də etmirlər.
Bugünlərdə bəzi tanınmış şəxslər də övladlarını hərbi xidmətə - döyüşə göndəriblər. AYNA onlardan bir neçəsi ilə həmsöhbət olub.
Müsavat Partiyasının başqanı Arif Hacılının sözlərinə görə, oğlu Orxan Hacılı artıq hərbi təlimlərini başa vurub və əmr gözləyir: “Hələlik onlar döyüş əməliyyatlarına cəlb olunmayıblar. Oğlum cəhbədə gedən əməliyyatlarla əlaqədar təlimlərə qoşuldu və iştirak etdi. Və istənilən vaxt döyüş əməliyyatlarına göndərilə bilər”.
“Mən yalnız öz övladım üçün deyil, bütün Azərbaycan övladları üçün narahatam, onların hamısını düşünürəm. Bu gün mənim ən böyük arzum bütün əsgər və zabitlərimizin qələbə sevinci ilə sağ-salamat evlərinə dönməsidir”, - partiya sədri bildirib.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlu Pərviz Əsədovun, torpaqlarımızın azad olunması üçün könüllü olaraq cəbhəyə getdiyini deyib: “Düzdür, Pərviz sənəd üzərində mənim övladımdır, əslində o, Vətənin övladıdır. Onun 29 yaşı var, sərbəst şəkildə öz qərarlarına verəcək yaşdadır. Ağdam bölgəsində xidmət edir, artilleriyada olub. Özü könüllü olaraq müraciət etdi, mən də bir valideyn kimi onu gülə-gülə yola saldım. Allah bütün əsgərlərimizin sağ-salamat geri qayıtmasına yar olsun”.
“O gedərkən, bir cümlə dedim: ya şəhid olacaqsan, ya da Qarabağı alıb, ora bayraq sancıb, geri dönəcəksən. Bunu özü də deyir və qəbul edir. Mən sonda yenə də qeyd edirəm ki, o, sənəd üzərində mənim övladım olsa da, mən hesab edirəm ki, o, bu Vətənin oğlu, dövlətin vətəndaşı, cəmiyyətin üzvüdür. Pərvizin bacısı və bacısı övladları var. Ən azından, o, şəhid olsa belə, Pərvizin bacısı, bacısının övladları Qarabağ torpaqlarına sərbəst gedib-gələ biləcəklər. Əsədov Pərviz Vaqif oğlunun şəhid olması, Vətənə, torpağa olan bağlılığı, vətənpərvərliyi - ondan sonra gələn qohum-əqrəbasının təhlükəsiz yaşaması deməkdir”, - polkovnik vurğulayıb.
V.Əsədov özünün də hərbi xidmətə yollanacağı günü gözləyir: “Mən özüm də hərbçiyəm və hər an əmr gözləyirəm. Özüm də canla-başla Vətənə xidmət etməyə hazıram. Nə zaman məsləhət bilinsə, göndəriş verilsə, mən də hamı kimi gedib, borcumu yerinə yetirməliyəm və yetirəcəm”.
Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı ehtiyatda olan əsgər kimi cəbhəyə yollanıb: “Biz fəxr edirik ki, balalarımız cəbhədə döyüşür, düşmənə sipər olur. Bəs, biz oğlumuzu nəyə görə böyüdürük?! Hər bir halda bizim balalarımız Vətən üçün böyüdülür. Öncə Vətən, sonra bizim balalarımız”.
Müğənni bu yaxınlarda övladının xidmət etdiyi bölgəyə getdiyini, 4-5 gün orada qaldığını diqqətə çatdırıb: “Hətta, döyüşlərin getdiyi yerə getdik. Qızğın döyüşlər gedir. Düzdür, nə qədər acı yaşasaq da, qüruru ondan böyükdür. Bizim ordumuz artıq ürəklə, əzmlə irəli gedir, düşməndən nə qorxur, nə də çəkinir. Ordumuzda ruh düşkünlüyü yoxdur”.
“Bu gün arxa cəhbədə bizim ürəyimiz də dağa dönürük ki, torpaqlarımız uğrunda vuruşuruq. Hər bir vaxt mənim canım da Vətən üçün fədadır. Bu gün məni də döyüşlərə çağırsalar, canla-başla xidmət etməyə hazıram, təki, torpaqlarımız düşmən tapdağından azad olunsun”, - Şahmalıoğlu vurğulayıb.
O, hazırda qələbə arzusu ilə yaşadığını əlavə edib: “Bircə, qələbə olsun, sonra Allah canımı alsa da, olar. O günü otuz ildir ki, gözləyirəm. Biz də bir qələbə görüb, onun sevincini yaşayaq, könlümüz açılsın. Həmin sevinc gözyaşları gözümüzdən tökülsün”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-10-2020, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-10-2020, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01