Adamlar maska taxmır, sosial məsafə gözləmir... - TƏHLÜKƏ HƏDDDİ!!!
- Uşağın yanında maskasız oturmusuz, asqırıb, öskürürsüz. Belə olmaz axı, haradan bilək siz “korona” deyilsiz?!
- Ay xanım, xəstə deyiləm, boğazım qıcıqlanır, sadəcə..."
208 saylı avtobusda şahidi olduğumuz bu söhbət burada yekunlaşmadı. Avtobusda digər vətəndaşın da şikayəti elə maska ilə bağlı oldu: “Baxın, avtobus adamla doludur, içində ancaq iki nəfər maska taxıb. Hamı öskürür, asqırır. Nə edək, axırda bunlara görə biz evdə karantində oturmalı olacağıq. Hər gün bir tikə çörəkdən ötrü evdən çıxırıq, sizə görə işimiz də əlimizdən çıxacaq”.
Təkcə Azərbaycanda deyil, Avropada da COVİD-19 halları kəskin artıb. Çex Respublikası məktəblərin, barların və klubların 3 həftə boyunca qismən karantinə alınması ilə bağlı qərar çıxarıb. Ölkədə restoranların bağlanması və ictimai yerlərdə alkoqol istehlakının qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minəcək. Niderlandda da qismən karantin rejimi elan edilib, həmçinin insanların çox olduğu qapalı yerlərdə maskaların taxılması məcburi olub. Avropanın bir çox ölkələrində xəstəxanalara müraciətlərin sayı kəskin artmaqdadır.
Yerli media Fransanın paytaxtı Paris daxil olmaqda, koronavirusun qaynar olduğu digər nöqtələrdə gecələr komendant saatının tətbiq olunacağı ilə bağlı xəbərlər yayırlar.
Almaniya kansleri Angela Merkel Avropadakı vəziyyəti “dərin nigarançılıqla müşahidə etdiyini” deyib və əlavə edib: “Mən situasiyanın ciddiyyətini saxladığını deməyə məcburam”. Alman səhiyyə işçiləri oktyabrın 14-də aprel ayından bəri ilk dəfə ölkə miqyasında sutkalıq 5000 yoluxma sayının qeydə alındığını bildiriblər.
Bəs görəsən, Bakıda da əvvəlki kimi, sərt karantin rejimi tətbiq ediləcəkmi? “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa mövzu ilə bağlı münasibət bildirib: “Yəqin ki, sərt karantin rejiminə qayıdacağıq. Çünki insanlar əməl etməsələr, problem çox olacaq. Elementar qaydalara əməl etməkdən söhbət gedir. Hazırda müharibə aparırıq, bu şəraitdə insanlar buna əməl etməyə meyl etmirlərsə, deməli, yenə də işimiz çətinləşəcək”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib ki, hazırda sərt karantin rejiminə keçmək üçün əsas yoxdur: “Onsuz da karantin rejimi davam edir. Sadəcə olaraq, karantin tədbirlərinə əməl etmək lazımdır. Məsələn, ictimai nəqliyyata daxil olanda görürsünüz ki, insanların əksəriyyəti qaydalara əməl etmir. Elə bil ki, yaddan çıxarıblar. Amma yaddan çıxarmaq olmaz, pandemiya davam edir, bu bir ildə də bizimlə olacaq. Buna qarşı vaksin yoxdur. Ona görə daima kontrolda saxlamaq lazımdır”.
TƏBİB rəsmisi son günlər müxtəlif xəstəliklərin artma səbəbinə də aydınlıq gətirib: “Payız-qış ayları bütün respirator xəstəliklərin aktivləşmə dövrüdür, qrip, qripə bənzər xəstəliklər, eləcə də koronavirus. Hava soyuq olduğuna görə artıq yuxarı tənəffüs yollarının müdafiə qabiliyyəti zəifləyir. Bu fonda həmin xəstəliklərə yoluxma halı da artır. Yalnız koronavirus deyil, bütün respirator xəstəliklər bu fəsildə aktivləşir.
Müharibə şəraiti də bu virusu ikinci plana keçirib, insanlar da qorunmurlar. Qorunma tələblərinə əməl etməməyimiz, toplaşanda maska taxılmaması yoluxma sayına təsir edir".
İnfeksionist Nazxanım Qasımova isə bildirib ki, yoluxma sayının artmasına səbəb insanların qaydalara əməl etməməsi ilə bağlı ola bilər: “Havaların soyuq olmasının bununla hər hansı əlaqəsi yoxdur. Bu virus soyuqda da, istidə də yayılır. Sadəcə olaraq, insanların soyuq aylarda immuniteti aşağı düşür, o səbəbdən də müxtəlif viruslara tez bir zamanda yoluxurlar. Əsas səbəb odur ki, son günlər insanlar maska taxmır, sosial məsafə gözləmir, bu da birbaşa yoluxma sayının artmasına öz təsirini göstərir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:16-10-2020, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-10-2020, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |