Millət vəkilləri şəhid Denis Proninin evində - Foto
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin şəhid Denis Proninin ailəsini ziyarət edib.
Millət vəkili Qənirə Paşayeva Denis Pronin kimi oğulların, onun gözəl ailəsinin timsalında Azərbaycanda yaşayan Vətənə bağlı bütün etnik topluluqların, xalqların varlığını işğalçı Ermənistanın antiazərbaycan təbliğatına ən parlaq və layiqli cavab kimi dəyərləndirib. Monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycanın dinc yanaşı yaşamağın ən gözəl ocağı olduğunu bildirən Q.Paşayeva dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı məhz Vətən amalının birləşdirdiyini vurğulayıb. O, multikulturalizm, sivilizasiyalar, dinlərarası dialoq və barışığın XXI yüzillikdəki əsas məkanlarından olan ölkəmizin bu gözəlliyə qədim tarixdən etibarən malik olduğunu deyib.
Denis Proninin Azərbaycanın müdafiəsinə qalxan yeganə rus vətəndaşımız olmadığını bildirən millət vəkili Mixail Zabelin daha öncələr də, indi də həm şəhidlər, həm qazilər sırasında rus və digər xalqlara, fərqli dinigörüşə mənsub vətəndaşlarımızın olduğunu, bundan sonra da belə olacağını vurğulayıb.
Millət vəkilləri şəhidimizin körpə qızı Alinanın artıq yalnız Pronin ailəsinə mənsub olmadığını, bütün vətənsevər azərbaycanlılara əziz yadigar və əmanət olduğunu deyib.
Şəhidin həyat yoldaşı Aynur xanım Denis Proninin daha öncələr həqiqi hərbi xidmət keçdiyini, bu ilin 15 iyulunda general Polad Həşimovun şəhid olmasını eşitdikdən sonra yenidən hərbi xidmətə getməklə bağlı qəti qərara gəldiyini deyib. “Generalın qisasını alacam!” söyləyən Denis qeydiyyat ünvanına uyğun olaraq, Bakının Nizami rayon Səfərbərlik və hərbi çağırış şöbəsinə üz tutub. Könüllü kimi döyüşməyə hazır olduğunu bildirən Denis Proninə təşəkkür edən idarə əməkdaşları, “gərək olsa, çağırarıq” deyiblər.
Nəhayət az sonra öz istəyini gerçəkləşdirən vətənpərvər Denis Pronin yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. O, oktyabrın 8-də Füzuli istiqamətindəki döyüşlərdə yaralanıb. Döyüşçü dostları onu cəbhə xəttindən çıxarsa da, həyatını xilas etmək mümkün olmayıb.
Dəfnində iştirak edən döyüş yoldaşları onu çox şən, qorxubilməz bir insan kimi xarakterizə edib. “Səngərdə deyib-gülür, lətifə danışır, “düşməni bu dəfə elə əzəcəyik, bir də bu torpaqlara tərəf baxmayacaq” deyirmiş...
Ruhu şad olsun!
Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2020, 20:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-10-2020, 20:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16