reklam
Regionxeberlericom.az » Cəmiyyət » BMT-nin qarşısında ermənilərin Gəncə vandalizmi pislənildi - Fotolar

reklam

BMT-nin qarşısında ermənilərin Gəncə vandalizmi pislənildi - Fotolar


Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində icazəli aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya BMT Baş Qərargahının qarşısında yüzlərlə azərbaycanlının iştirakı ilə baş tutub. Filadelfiya, Nyu-Cersi, Meyn, Vaşinqton, Virciniya, Karolina və digər ətraf ştatlardan da çoxlu sayda həmvətənimizin qatıldığı aksiyada Azərbaycanın Dövlət Himni oxunub, ingilis dilində “Erməni yalanlarına son qoyun!, “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Biz ədalət istəyirik!”, “İşğal beynəlxalq sülhə təhlükədir!” kimi şüarlar səsləndirilib.
Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün komissiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, cəbhə bölgəsindən uzaqda yerləşən digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması diqqətə çatdırılıb.
Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən terror cinayətlərini pisləyərək, BMT və beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa, ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.













Paylaş:


Müəllif : Tarix:
19-10-2020, 11:14
Sikayət   


loading...
Загрузка...