Məhbuslar döyüşmək istəyir - Müraciət
Həbs olunan şəxslər torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatında iştirak etmək istəyirlər.
regionxeberlericom.az “BakuPost”a istinadən xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsi qazisi və səhra komandiri olmuş məhbus Səyavuş Mustafayev özü və məhbusların adından Prezidentə ünvanladığı müraciətdə bildirilir.
Müraciətdə bildirilir ki, məhbuslar Azərbaycan vətəndaşı olaraq yenilməz əsgərlərimizin ön cərgəsində olmağı arzu edirlər: “Belə ki, Birinci Qarabağ müharibəsi qazisi və səhra komandiri olduğum üçün çoxlu məhbuslar Sizə onların və öz adımdan bu müraciəti etməyimi xahiş edirlər. Cənab Ali Baş Komandan, Vətən müharibəsinin getdiyi bu məsuliyyətli tarixi günlərdə biz məhbuslar sizə müraciət edərək bildiririk ki, torpaqlarımızın azğın düşməndən azad edilməsi üçün düşmənlə ən çətin döyüş bölgələrində, hətta qəza batalyonlarının tərkibində belə vuruşmağa, qələbə qazanmağa, gərəkirsə, Vətən yolunda şəhid olmağa, Qələbə çalandan sonra isə sağ qalacağıqsa, cəzamızın qalan hissəsini çəkmək üçün həbsxanaya qayıtmağa hazırıq”.
S.Mustafayev İlham Əliyevə müraciətində digər məsələyə də toxunaraq əlavə edib ki, “Amnesty International” və digər Avropa İnsan Hüquqları təşkilatları onu siyasi məhbus adlandırıblar. Lakin Qarabağ müharibəsi qazisi bunu şər-böhtan hesab edir: “Mən onlara bildirirəm ki, Qarabağın azad olunması məsələsində dövlətimizə qarşı qərəzli mövqe tutduqlarına və xalqımıza qarşı şər-böhtan xarakterli bəyanatlar verdiklərinə görə mən, Mustafayev Səyavuş Firudin oğlu onların mənə verdiyi “siyasi məhbus” statusundan imtina edirəm və özümü onların dövlətimizə qarşı istifadə etmək istədikləri “siyasi məhbus” oyununu qətiyyətlə pisləyirəm. Onların bu hərəkətinə qarşı olaraq qeyd etmək istəyirəm ki, mənim üçün doğma Azərbaycan dövlətinin həbsxanalarının betonları altındakı torpaq Vətəndir, həbsxana barmaqlıqları arasındakı gördüyüm səma, udduğum hava, içdiyim su da Vətəndir, həbsxana üzərində dalğalanan üçrəngli bayraq uğrunda döyüşüb qan tökdüyüm doğma bayrağımızdır. Qollarıma qandal taxan nəzarətçi isə sabah düşmənə qarşı çiyin-çiyinə bir səngərdə bərabər vuruşacağım balam, qardaşım və sirdaşımdır”.
Qeyd edək ki, bu mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa təklif də irəli sürüb.
Millət vəkili bildirib ki, müəyyən dərəcədə kiçik, hansısa bir insidentə, dalaşmaya, xüsusilə ağır cinayət olmayan əməllərə görə həbsdə yatan xeyli sayda hərbiçilərimiz, zabitlərimiz var: “Hesab edirəm ki, onlara şans verilməlidir. Dövlət bu istiqamətdə addım atmalıdır. Onların əfv olunması və kim ki, könüllü olaraq döyüşə getmək istəyir, həmin şəxslərin proseslərə cəlb olunmaları yerində olardı. Bu, amnistiya yaxud da əfv formasında ola bilər. Amma təcili bu işi gerçəkləşdirmək lazımdır. Çünki onların təcrübəsinə ehtiyac var”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-10-2020, 23:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-10-2020, 23:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45