Səmra anası ilə klip çəkdirdi - Video
Müğənni Səmra Rəhimli yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, o, “Armas” adlı yeni mahnısını ekranlaşdırmaq qərarına gəlib. Səmra bunun üçün fərqli obrazda kamera qarşısına keçib.
Gənc ifaçı bildirib ki, hip-hop janrında ifa edən ilk azərbaycanlı xanım müğənnidir: “Sizə yeni mahnım və klipimi təqdim edirəm. “Armas” mənim adımın tərsinə oxunuşudur. İspan dilində tərcüməsi silahdır. Adımın tərs mənası haqqında mahnı yazdırmaq fikri prodüserim İlahə Baxşıyevaya məxsusdur. “Armas”ın ad olaraq mənası isə dominantllıq etmək, birinci, lider, güclü və yüksək olmaqdır. Mən hər zaman ona, musiqi duyumuna, zövqünə və hissiyatına güvənirəm.
Azərbaycanda bu üslubda ifa edən ilk qadın artistəm. Və mahnımda dediyim kimi - “təkrarla məni, bu trekə qulaq asıb həsrətlə”. Bu, mənim üçün yeni istiqamətdir. Hər zaman hip-hopa marağım olub. Hazırda biz bu formatda albom üzərində işləyirik. Eyni zamanda sizə daha bir sirr açıqlayım, mən solo konsert verməyə hazırlaşıram”.
Bu məqamda bildirək ki, sözügedən mahnının müəllifləri Clavis və OD-dur. Layihə rəhbəri, rejissoru, ssenaristi, stilisti sənətçisinin anası İlahə Baxşiyevaya məxsusdur. Səmranın anası eyni zamanda sözügedən klipin sonunda aktrisa kimi də yer alıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-05-2019, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-05-2019, 10:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29