Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır
"Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir. Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcanlı məqamlar yaşayırıq".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AzTV-nin "Hədəf" proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, qarşıda bizi daha soyuq havalar gözləyir və hər kəs ehtiyatlı davranmalıdır, sağlamlığının qeydinə qalmaq üçün məsuliyyətli olmalıdır: "Yanvar ayının sonlarından Operativ Qərargah xüsusi planlar hazırlayıb və bəzi rayonlarda modul tipli xəstəxanalar tikilib. Lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib və son hadisələrlə bağlı biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Bu gün biz maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hərbçilərimizə kömək etsinlər. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Onların xəstəliyə yoluxmaması bizim üçün önəmlidir. Bu gün tibb bacıları yaralı hərbçilərimizə ana qayğısını əvəz edəcək qədər diqqətlə baxırlar, onların qulluğunda dururlar. Təəssüf ki, xəstəlik, virus insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Hazırda bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır. Çünki onlara adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyac var. Bu, o deməkdir ki, həmin xəstə azı iki həftə orada müalicə olunur. Yəni, bir intensiv-terapiya çarpayısından iki həftə ərzində yeni xəstə istifadə edə bilməyəcək. Bu, ciddi problemdir".
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2020, 18:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2020, 18:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:26
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi-Tender ləğv olundu
Dünən, 08:31
Paytaxtda milyonluq layihə sahibi olan "Grand Palace" səkini yola çevirib - Sahibkar icra hakimiyyəti ilə razılaşıb? - VİDEO
29-10-2024, 15:08
Ağalar Vəliyevin biznesmen oğlunun “Kristal Bakı” şirkəti cərimələndi - BUNA GÖRƏ...
29-10-2024, 09:04
Nazirliyin 4 milyona yaxın qrant ayırdığı bağçalarda müəmma - Adları ayrı, rəhbərləri eyni...
29-10-2024, 08:39