Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb - FOTO/VİDEO
ABŞ-ın Havay Universitetinin Astronomiya İnstitutunun alimləri “Apofis” asteroidinin sürətində səma cisminin 48 il sonra Yerlə toqquşma ehtimalına təsir edə biləcək təhlükəli dəyişikliklər aşkarlayıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə universitetin saytında məlumat verilib.
Sürətlənmə səma cisminin gündüz isinən və gecə soyuyan səthində istilik şüalanması səbəbiylə zəif reaktiv impuls alması ilə izah olunub.
Asteroidin müşahidələri zamanı tədqiqatçılar “Apofis”in “Yarkovski effekti” səbəbiylə öz orbitindən ildə 170 metr kənara çıxdığını müəyyənləşdiriblər. Bu böyüklük 2068-ci ildə asteroidin trayektoriyasını dəqiq proqnozlaşdırmağı mümkünsüz etmək üçün kifayətdir.
“Apofis” dünyaya kifayət qədər yaxındır. 2029-cu ilin aprel 13-də səma cismini adi gözlə görmək mümkün olacaq: asteroid 37 min kilometr məsafədə (Aydan demək olar ki, 10 dəfə yaxın) Yer orbitində rabitə peyk kəmərindən keçəcək, lakin bu anda Yer üçün təhlükə yaratmayacaq.
Bundan sonrakı müşahidələr XXI əsrin ikinci yarısında bir toqquşma ehtimalını müəyyənləşdirməyə kömək etməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-10-2020, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-10-2020, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39