Dövlət Vergi Xidməti informasiya texnologiyalarının tətbiqini genişləndirir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyəri 18,5 milyon manat həcmində müəyyənləşən 2 açıq tenderinə yekun vurub.
Dövlət Vergi Xidməti satınalmaların təmin edilməsi üzrə iki ayrı şirkətlə müqavilə bağlayıb.
Belə ki, “MEEM” yaradılması, avadanlıq, proqram təminatı və dəstək xidmətinin göstərilməsi, eləcə də, cihaz, yaddaş qurğusu, proqram təminatı, lisenziya və digər xidmətlərin təmin edilməsi “Caspel” MMC şirkətinə həvalə olunub. Şirkətlə 12 milyon 863,8 min manat dəyərində müqavilə bağlanıb.
Həmçinin, “Cybernet” MMC ilə proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi, platformanın və sistemin hazırlanması, sistemin tətbiqi, inteqrasiyası, proqramlaşdırılmanın təmin edilməsi üzrə 5 milyon 646,9 min manat həcmində müqavilə imzalanıb.
Qeyd edək ki, “Caspel” və “Cybernet” MMC hər ikisi informasiya texnologiyalarının təmin edilməsi və tətbiqi üzrə ixtisaslaşmış şirkətlərdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2020, 11:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-11-2020, 11:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01