reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ruhi imkanlı şəxsləri əsgər ailələrinə dəstək olmağa səslədi

reklam

Ruhi imkanlı şəxsləri əsgər ailələrinə dəstək olmağa səslədi

 Müğənni, iş qadını Ruhi Əliyeva cəbhədə olan hərbçilərimiz barədə danışıb.
Sosial şəbəkə hesabında bu haqda yazan R.Əliyeva cəbhədə döyüşənlərin ailə problemlərinin həll edilməli olduğunu bildirib:
"Bu günlərdə aparılan Vətən müharibəsində arxa cəbhədə olan insanlar ön cəbhədə döyüşən əsgərlərimizlə bərabər onların ailələrini də yaddan çıxarmamalıdır. Cəbhədə döyüşən əsgərimizin fikri ancaq döyüşdə olmalı, ailəsinin problemləri onu düşündürməməlidir.
Məhşur "Tütək səsi" filmində Qılınc Qurbanın dediyi kimi "igid əsgər cəbhədə arxayın olmalıdır ki, evdə hər şey qaydasındadır, yoxsa döyüşə bilməz".
O, imkanlı şəxsləri, iş adamlarını onlara dəstək olmağa səsləyib:
Ona görə də iş adamları, imkanlı şəxslər ehtiyacı olan hərbiçi ailələrinə dayaq olmalı və onların problemlərinin həll olunmasında dövlətimizə dəstək olmalıdır ".


Paylaş:


Müəllif : Tarix:
4-11-2020, 12:17
Sikayət   


loading...
Загрузка...