reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kseniya Sobçak da Baydenin qələbəsinə pul qoydu

reklam

Kseniya Sobçak da Baydenin qələbəsinə pul qoydu


Rusiyanın televiziya aparıcısı, ermənilərə sevgisi ilə tanınan Kseniya Sobçak ABŞ-dakı prezident seçkilərində “favoritinin” adını çəkib. O, hazırkı Amerika lideri Donald Trampa daha çox rəğbət bəslədini deyib.

Bu haqda məlumatı Rusiya mediası yayıb.

“Cozep Baydenin qələbəsinə pul qoydum”. Sobçak sosial şəbəkədə belə yazıb. “Bunu Tramp uduzarsa, daha az əsəbiləşmək üçün edirəm”.

Sobçak mövcud tendensiyanı sevmədiyini izah edib: əvvəllər apolitik olmayan moda və üslub haqqında yazan KİV-lər Bayden üçün təbliğat aparmağa və bütün insanlar üçün irqi müxtəliflik və hüquq bərabərliyi haqqında yazılar dərc etməyə başlayıb.

O, qeyri-müəyyənlik vəziyyətindən məmnun olduğunu da əlavə edib:

“ABŞ-ın 46-cı prezidenti kim olacağı barədə hələ də bir intriqa var. Nə əvvəl, nə də indi, seçki məntəqələri bağlandıqdan sonra heç bir namizəd üçün açıq bir üstünlük yoxdur”.

 


Paylaş:


Müəllif : Tarix:
4-11-2020, 13:43
Sikayət   


loading...
Загрузка...