Türkiyədə sosial şəbəkələr cərimələndi
Türkiyə hökuməti bir sıra sosial şəbəkələrə qarşı yeni hüquqi qaydaları pozduqlarına görə müvafiq cərimələr tətbiq edib.
Bu barədə ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan tvitterdə açıqlama verib:
“İctimaiyyətdə sosial media qanunu olaraq bilinən 7253 nömrəli qanuna edilən dəyişikliklərlə Türkiyədə fəaliyyət göstərən və gündəlik giriş sayı 1 milyondan artıq olan əcnəbi şəbəkələrə əməl etmələri zəruri olan bəzi qaydalar bildirilmişdi. Qanuni müddətin başa çatmasından sonra nümayəndəsini bildirməyən “Facebook”, “İnstagram”, “Twitter”, “Periscope”, “YouTube”, “TikTok” kimi sosial şəbəkə idarəçilərinə 10 milyon lirəlik cərimə kəsilib”.
Nazir müavini daha sonra qeyd edir ki, cari ilin 1 oktyabr tarixindən qüvvəyə minmiş qanuna əsasən, sözügedən cərimə ilkin tədbir kimi nəzərdə tutulur. Belə ki, bu cərimənin tətbiqindən keçən 30 gün ərzində də müvafiq öhdəlik yerinə yetirilməsə, 30 milyon lirəlik cərimə tətbiq olunur. Üstündən 30 gün keçdiyi müddət ərzində yenə də yerinə yetirilməməsi təqdirdə reklam qadağası tətbiq olunur, sonrakı 3 ay ərzində də yerinə yetirilməsə, internet trafiki 50 faiz azaldılır. Bundan sonra da lazımi addım atmayan sosial şəbəkələrin internet trafiki 90 faiz azaldılır. /Report
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2020, 20:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-11-2020, 20:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01