Havalar soyuyur, amma düşmənin başını istənilən havada əzəcəyik
Bu gün Azərbaycan Ordusunun Ermənistanın təxribatlarından sonra işğal altındakı ərazilərimizi mənfur düşməndən təmizləmək üçün Qarabağ cəbhəsində başlatdığı Vətən müharibəsinin 38-ci günüdür. Keçən müddət ərzində xalqımız bir məsələ ilə bağlı ciddi narahatlıq keçirirdi. Bu da onunla bağlı idi ki, dağlıq ərazilərdə payızda aparılan hərbi əməliyyatlar Silahlı Qüvvələrimizə müəyyən çətinliklər yarada bilər. Amma hava şəraiti hələ ki ordumuzun üzünə gülür.
Milli Hidrometeorologiya Xidmətinin noyabr ayına olan aylıq proqnozu da bizləri sevindirir. Belə ki, hazırda döyüşlərin getdiyi Yuxarı Qarabağda-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər rayonlarında bu ay orta aylıq temperatur 4-7 dərəcə isti olacaq. Gecələr isə 2-7 dərəcə isti gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Bütün bunlar heç şübhəsiz ki, xalqda olan narahatlığı aradan qaldırır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli "Yeni Müsavat”a bunları dedi: "Xalqın istəkləri başa düşüləndir. 30 ildir ki, bu xalq səbirlə torpaqlarımızın azad edilməsini arzulayırdı. Həmin coğrafiyanı bilən insanlarımız müharibənin tez bitməsini istəyir. Amma bu müharibədir, müharibə plan üzrə gedir. Hamımız ordumuzun nə qədər möhtəşəm uğurlar qazandığını görürük. Ermənilərin hərbi texnikasının böyük hissəsini məhv etmişik, canlı qüvvəsini sıradan çıxarırıq. Dağlıq şəraitdə ordumuzun əməliyyat aparmasına gəlincə, Azərbaycan Ordusu və onun rəhbərliyi, başda Ali Baş Komandan olmaqla, hansı düşmənlə mübarizə apardığını, hansı ərazidə döyüşdüyünü yaxşı bilir. Hər bir şey nəzərə alınıb. İllərlə payız və qış fəsillərində ordumuz Qusar, İsmayıllı dağlarında, eləcə də digər ərazilərimizin dağlarında hərbi təlimlər keçib. Yəni Silahlı Qüvvələrimizin dağ təlimləri olub. Bunları deməkdə məqsədim odur ki, hər kəs rahat olsun, unutmasın ki, ordumuz dağlıq ərazidə də əməliyyat aparmaq gücündədir. Müddət uzun çəkməyəcək. Hər kəs əmin olsun. Müharibənin taleyinin böyük hissəsi həll olunub. Son yekun zərbələri yaxın günlərdə Azərbaycan Ordusu vuracaq və düşmən bütövlükdə rədd olub Qarabağ torpaqlarından gedəcək. Qarabağ Azərbaycandır!”
Polkovnik Şair Ramaldanov narahatlığa əsas görmür: "Ordu yalnız yaz və yay aylarında döyüş üçün hazırlanmır. Ordu ilin bütün fəsillərində döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlanır. Prinsip etibarı ilə Silahlı Qüvvələrimiz qışda da döyüş tapşırıqlarını yerinə yetirib, yəni dağlarda, postlarda və s. Belə baxsaq, ordumuzun əsas hissəsi demək olar ki, dağlıq, meşəlik zonalarda xidmət aparır. Yəni təmas xətti daha çox dağlıq zonasında gedir. Təminat məsələlərinə gəlincə, bilirsiniz ki, Azərbaycan Ordusunun hələ döyüşlər başlamadan payız və qış fəslinə keçilməsi ilə bağlı tədbirlər görülmüşdü. Hər payızın əvvəlində payız və qış fəslinə keçməklə əlaqədar tədbirlər görülür. İsti paltar və s. həmin payız və qış fəslinə keçiddə təminat məsələləri ilə təmin olunur. Ordu döyüşür. Biz bilirik ki, qarşıda hansı relyefdir, ərazidir. Kimsə bu başlayan müharibənin nə zaman bitəcəyini deyə bilməz. Biz bunu bilirdik və onun üçün də lazım olan bütün ehtiyatları görmüşük və görülməkdədir. Hələ ki kəskin soyuqlar yoxdur. Problem də görünmür. Əgər olarsa, təminat yetəri qədərdir. Yəni soyuq havalardan kimsə narahat olmasın. Bir daha deyirəm ki, qışa keçiddə dağlıq, meşəlik olan ərazilərdə şərait tam nəzərə alınıb. Ordumuz hər şeylə tam şəkildə təmin olunub. Düşünürəm ki, sadəcə, meşəlikdir, dağlıq ərazidir və burada həm geyimlə, həm də müəyyən bir texniki vasitələr, avadanlıqlarla bağlı bəzi işlər görmək lazım gələcək. Amma burada Azərbaycan Ordusunun nə iləsə bağlı hazırlıqsız olduğunu deməzdim. Ordumuz bu şəraitdə istər dağlarda, istərsə də meşələrdə olsun, döyüş tapşırıqlarını hər an icra etməyə hazırdır. Bilirsiniz ki, son azad edilən kəndlərin bir hissəsi meşəlik, dağlıq hissədədir. Amma istənilən halda bəli, hava şəraitinin yaxşı olması, yağmursuz keçməsi bir şəkildə ordumuzun hava tərəfindən dəstəklənməsi olacaq. Lakin heç nəyə baxmayaraq ordumuz bütün şəraitlərdə, iqlimdə, relyeflərdə döyüşməyə hazırdır. Biz əks-hücuma başlamadan bilirdik ki, hansı ərazidə döyüşəcəyik, hansı çətinliklərlə rastlaşacağıq və bunun qarşılığında hansı hazırlıqlarımızı görməliyik”.
Polkovnik fikirlərini bu cür tamamladı: "Cənab Prezident dedi ki, başlarından zərbə vururuq. Əgər başlarından zərbə vururuqsa, demək, istənilən halda başlarını da əzəcəyik”. /"Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 09:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 09:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-12-2024, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
29-12-2024, 12:38