HƏR QARIŞ TORPAQ BÖYÜK RƏŞADƏT HESABINA AZAD OLUNUR! - Asan qələbə gözləntisi yaratmaq böyük yanlışdır
"Biz cəbhədə qanı, canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik. Əsgərlərimizin döyüş tapşırığı, onların yerləşdiyi ərazilərlə bağlı məlumatların verilməsi onların canı bahasına başa gələ bilər. Vətəndaşlarımızdan xahiş edirik ki, rəsmi mənbələrə istinad etsinlər. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir”.
Bunları Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O, sosial şəbəklər üzərində cəmiyyətə ötürülən yanlış informasiyalardan narahatlığını bu şəkildə ifadə edib.
İndiki həssas durumda Prezidentin köməkçisini narahat edən hansı mənfi tendensiyalardır?
Azərbaycan Ordusunun təxminən 5 həftə ərzində işğal altında olan 200-ə yaxın kəndi, 4 şəhəri və 3 qəsəbəni azad etməsi, İranla sərhəd xəttinə tam nəzarəti ələ alması cəmiyyətdə qələbənin asan və sürətli olması barədə yanlış təsəvvür yaradıb.
Xatırladaq ki, Prezident son tvitində Cəbrayıl və Qubadlı rayonlarının daha 7 kəndinin işğaldan azad olunduğunu paylaşıb. Buna rəğmən, sosial şəbəkələrdə bəzi istifadəçilər son həftədə Ordumuzun yavaş irəlilədiyi barədə postlar paylaşaraq müxtəlif versiyalar səsləndirməklə, ictimai fikri yanlış yönləndirməyə çalışırlar.
Bəzi sosial şəbəkə istifadəçiləri isə Ordumuzun Şuşada, Xankəndində döyüş apardığı, qələbənin bir addımlığında olduğu barədə rəsmi olmayan xəbərlər yayılar. Hansı ki, cəmiyyətin gözləntilərini böyüdən, qələbənin asan olması barədə təsəvvürlərin formalaşmasına gətirib çıxaran bu cür məlumatlar yaymaq da yanlışdır.
Prezidentin köməkçisini narahat edən də məhz bu mənfi tendensiyalardır.
Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə toxunub. Ali Baş Komandan bildirib ki, torpaqlarımızın hər qarşı əsgərlərimizin böyük rəşadəti hesabına azad olunur. Bu, elə də asan məsələ deyil. 27 il ərzində düşmən torpaqlarımızda beton istehkamlar yaradıb, çətin dağlıq reylef də erməni işğalçıları üçün əlavə müdafiə istehkamları deməkdir.
Cəbhədəki hazırki situasiyanı təhlil edən hərbi ekspert Ədalət Verdiyev deyir ki, işğal edilən və düşmən tərəfindən 27 ildir möhkəmləndirilən ərazilərin azad edilməsinə başladığımız heç 40 gün deyil.
"Təəssüflər olsun ki, sosial şəbəkələrdə bəziləri hər gün azad edilən kəndlərlə qane olmur və qısa müddətdə bütün şəhərlərimizin, o cümlədən Şuşanın, Kəlbəcərin, Laçının, Xankəndinin əsgərlərimiz tərəfindən azad edilməsini gözləyir", - deyə ekspert vurğulayıb.
Ə.Verdiyevin sözlərinə görə, Azərbaycan Ordusunun dağlarda həyata keçirdiyi hücum əməliyyatları zamanı bəzi məqamlar mövcuddur: "Birincisi, şəhər və ya kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir. Yüksəkliklər isə addım-addım azad olunur. Qoşunlarımız irəlilədikcə yüksəkliklər də artır. İkincisi, dağlıq ərazilərdə yol infrastrukturunun olmaması, çox vaxt alternativi olmayan yollardan istifadə və onların geri çəkilən düşmən tərəfindən minalanması, dağ çayları üzərindən keçən körpülərin sıradan çıxarılması, mövcud yolların məhdud buraxılış qabiliyyəti, sərt eniş, yoxuş və döngələr, düşmənin pusqu ehtimalı və s. qoşunların hərəkət sürətinə mənfi təsir edir”.
Ə.Verdiyev qeyd edir ki, iqlim şəraiti hücumda olan əsgərimizə düşməndən heç də az müqavimət göstərmir: “Dağlarda yağıntı düzənliyə nisbətən iki dəfə çox olur. Gecə və gündüz arasında 20 dərəcəlik temperatur fərqi, tez-tez havanın dəyişməsi və güclü küləklər müşahidə olunur. İldırım ehtimalı daim yüksək qalır. Dağlıq ərazidə, duman və ya çiskində istiqaməti saxlamaq, döyüşmək, sağ qalmaq, düşməni məhv etmək və verilən tapşırığı yerinə yetirmək yeni şəhər və ya rayon ilə bağlı istək bildirmək qədər asan deyil. Həmçinin Dağlıq Qarabağın 2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərində sərt yoxuşları, hər 100 metr artan yüksəklik üçün temperaturun 0.6 dərəcə soyumasını, təzyiqin 10 mm c.s. enməsini, oksigen sıxlığının 1.2 faiz azaldığını, günəş radiasiyasının 1-2 faiz, ultrabənövşəyi şüaların 5-10 faiz artığını, qanda isə oksigenin azaldığını da nəzərə almalıyıq. 3000-dən yuxarı yüksəklərdə isə insan iştahasını itirir, pis eşidir, görmə zəifləyir. 5000 metrdə insan müsbət 6 dərəcə temperaturda dona bilər”.
Hərbi ekspert bildirib ki, düşmənin ağ fosfor kimi qadağan olunan sursatlardan istifadə etdiyi hər kəsə məlumdur: “Onsuz da oksigen çatışmayan dağlıq ərazidə əleyhqazda hərəkət etməyin nə demək olduğunu yaşayanlar bilir. Eyni zamanda, oksigen azlığı texnikaların da mühərriklərinin fəaliyyətinə mənfi təsir edir. Onların gücü 2000 metrdə 30 faiz azala bilər. Dar yol, böyük maşınlar, sərt döngələr nəzərə alınmalıdır. Nəzərə almaq vacibdir ki, dağ ərazisi sabit fəaliyyət zonalarının azalması səbəbindən topoqrafik istinadla bağlı problemlərlə əlaqədar olaraq radiotexniki və RLS sistemlərinin istifadəsi üçün xüsusi çətinliklər də yaradır. Qayalıq ərazilər radio dalğalarını böyük hissəsini mənimsəyir və səpələyir, yüksək səviyyəli atmosfer müdaxiləsi isə vəziyyəti daha da ağırlaşdırır. Dağ yamaclarının ultra qısa sistemlərinin işinə maneə (ekran) yaratması səbəbindən əlavə radiorele və təkrar ötürücü məntəqələrin quraşdırılması lazım olur. Ümumiyyətlə, hər hansı bölmənin və hərbi texnikanın yerləşdirilməsi müddəti normal şəraitdən 1.5-2 dəfə çox müddət tələb edir”.
Hərbi ekspertin təsvir etdiyi mənzərə Azərbaycan Ordusunun nə qədər mürəkkəb şəraitdə əməliyyatlar apardığını göstərir. Qoşunlarımız irəlilədikcə təbii manelərin sayı daha da artır, amma hər gün işğaldan azad olunan kəndlərin sayına yeniləri əlavə olunur. Bu da əsgər və zabitlərimizin misilsiz rəşadətindən, qələbə əzmindən xəbər verir.
Cəmiyyətin üzərinə düşən vəzifə bütün imkanlarla Silahlı Qüvvələrimizə dəstək olmaqdır. Döyüşlərin getdiyi ərazilər barədə yanlış, təsdiqlənməmiş xəbərlər, şərhlər ancaq Ordumuzun işinə zərər vurur. Min bir əziyyətlə, qan bahasına əldə olunan zəfərin asanlıqla qazanılması kimi yanlış ictimai rəy yaradır. Ona görə də hər bir fərd məsuliyyətini anlayıb belə zərərli fəaliyyətlərdən çəkinməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07