Gənclər Fondu təhsildə fərqlənən tələbələrin təhsil haqlarını qarşılayacaq
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.
Bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilmiş, həmçinin, yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Qeyd edilməlidir ki, artıq üçüncü dəfə keçiriləcək müsabiqə əsasında Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə 664 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.
Müsabiqə zamanı tələbənin təhsil göstəriciləri, həmçinin, ictimai fəallığı əsas götürülərək aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək:
- Milli qəhrəmanların övladları;
- Əlil gənclər;
- Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
- Valideynlərindən biri əlil olan (I,II qrup) gənclər;
- Aztəminatlı ailədən olan gənclər.
Müraciətlərin qiymətləndirilməsi zamanı ali təhsil müəssisələri və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaq.
Maliyyələşmə 2019-2020 və ya 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin qarşılanmasını nəzərdə tutur.
Müsabiqənin qaydaları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün Gənclər Fondunun rəsmi saytı (www.youthfoundation.az) və GəncAPP mobil tətbiqinə müraciət edilməlidir.
Müraciətlər 30 noyabr 2020-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində paylaşılacaq.
Müsabiqə ilə bağlı hər hansı suallar yaranarsa, Gənclər Fondunun rəsmi sosial media hesablarından müraciət edə və ya 012 498 95 90; 070 598 95 90 nömrələri vasitəsilə əlaqə yarada bilərsiniz.
Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir!
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-12-2024, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
29-12-2024, 12:38