Deputat popkorn satan uşaqla bağlı status yazdı - Tənqid hədəfi oldu
Milli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın yeraltı keçidlərindən birində popkorn satan uşaqla bağlı yazdığı status “Facebook”da kəskin müzakirə mövzusuna çevrilib.
Əksər sosial şəbəkə istifadəçiləri deputatı küçə satıcısı ilə bağlı fikirlərinə görə qınayıb. Belə ki, Musabəyov statusunda satıcının icazəsiz işləməsinə, vergi ödəməməsinə diqqət çəkməyə çalışaraq məmurları bununla bağlı tədbir görməyə çağırmışdı:
“Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaitinin xərcləndiyi “Azneft” meydanında yerləşən yeraltı keçiddə popkorn satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunət iyləndirib. İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon icralarının onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçilərinə etdiyim irada hələ ki heç bir reaksiya yoxdur.
Au...məmurlar, siz bunu görmürsünüz? Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biyabır etməmək üçün kimsə tədbir görəcək?”.
Deputata yazılan şərhlərin bir qismi onun paylaşımı rus dilində etməsi ilə bağlı olub. İradları cavablandıran Musabəyov bunu əksər “facebook” izləyicilərinin rusdilli olması ilə izah edib.
Bir qisim istifadəçi deputatı nədən uşaq əməyinin istismar edilməsini qabartmadığına görə qınayıb.
“Gücünüz məmurlara deyil, popkorn satana çatır” deyə yazan əksər insanlara isə millət vəkili “ Burada su, dondurma, kitab satılsaydı, buna göz yummaq olardı. Pop-kornun qoxusu qapalı yerdə insanları boğur. Məsələni siyasətləşdirməyin” cavabını verib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-05-2019, 00:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-05-2019, 00:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09