Kubadan Bakıya daha 120 həkim gətirildi - COVİD-19 xəstələrini müalicə edəcəklər
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində noyabrın 6-da Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti briqada gətirilib.
Həkim briqadasının rəhbəri Dalsi Torres Avila Kubadan Azərbaycana ilk həkim briqadasının bu ilin iyul ayında gəldiyini xatırladıb.
“Həmin briqadada olan 115 həkim 1 nömrəli klinik xəstəxanada fəaliyyət göstərir. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq,” - deyə, o qeyd edib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliynin (TƏBİB) şöbə müdiri Ramin Ağayev həkim briqadasının növbəti 3 ay ərzində Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrinin müalicəsini həyata keçirəcəyini deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2020, 20:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-11-2020, 20:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01