“Xəstəliyi bir dəfə keçirən şəxslər arxayınlaşmamalıdır” - Diqqət, TƏHLÜKƏ!
Dünyada koronavirusa yoluxma halları artmaqda davam edir. Yazını hazırladığımız zaman COVİD 19-a ümumilikdə 49 milyondan çox adamın yoluxduğu bildirilib. Virusdan 1 milyon 239 mindən çox xəstə ölüb.
Asiyada 14 138 234, Şimali Amerikada 11 681 463, Avropada 11 813 052, Cənubi Amerikada 9 877 810, Afrikada isə 1 854 169 nəfərdə virus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (9 919 522 nəfər), Hindistan (8 411 724 nəfər) və Braziliyadır (5 614 258 nəfər). Sərhəd qonşularımız Rusiyada 1 712 858, İranda 654 936, Türkiyədə 386 820, Ermənistanda 99 563, Gürcüstanda isə 49 218 nəfərdə koronavirus müəyyən edilib. Azərbaycanda koronavirusa yoluxan 60 873 nəfərin 794-ü ölüb, 46 465-i sağalıb.
Son vaxtlar koronavirusa təkrar yoluxan şəxslərin xəstəliyi daha ağır formada keçirməsi barədə fikirlər səsləndirilir. Bu həqiqətən də belədirmi? Ümumiyyətlə, təkrar yoluxma ehtimalı nə dərəcə düzgündür?
Məsələni araşdırmaq üçün ilk olaraq dünya təcrübəsi ilə maraqlandıq. Məsələn, qonşu ölkə Rusiyada koronavirusa təkrar yoluxma hadisəsi təsdiqini tapmayıb. Səhiyyə Nazirliyi Federal Müşahidə Xidmətinin rəhbəri Anna Popova bildirib ki, Rusiyada koronavirusa yenidən yoluxma halları hərtərəfli araşdırıldıqdan sonra təsdiqlənməyib, o izah edib ki, infeksiyadan sonra demək olar ki, bütün xəstələrdə infeksiyaya qarşı toxunulmazlıq yaranıb.
Honq Konq Universitetinin tədqiqatçılarının apardığı araşdırma nəticəsində isə koronavirusa yenidən yoluxan bir şəxsin yenidən virusu tutması aşkar edilib. Aprel ayında sağalmış həmin 33 yaşlı kişi avqustun ortalarında yenidən virus yoluxub. Cənubi Koreyada da yüz xəstə üzərində yoxlama aparılıb, araşdırma nəticəsində faktlar təsdiqlənməyib. Tuvanın başçısı Şolban Kara-ool da yenidən infeksiyaya yoluxdğunu bildirmişdi. Ancaq indiyə qədər bunun təkrar infeksiya olduğuna dair dəlillər gətirilməyib.
Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Təkrar yoluxma ilə bağlı faktlar varmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov “Yeni Müsavat”a bildirib ki, yeni koronavirus infeksiyasına təkrar yoluxma halları qeyd olunsa da, təsdiqlənmiş, sübut olunmuş hallar çox azdır: “Ona görə də hələlik belə hallar bir o qədər də əhəmiyyət daşımır. Əksər insanlarda bu infeksiyanı keçirdikdən sonra müəyyən immunitet formalaşır, biz bunu əsasən qanda aşkarlanan spesifik anticisimciklərin olması ilə təsdiqləyirik. Lakin xəstələnmiş azsaylı pasiyentlərdə bəzən bu cür anticisimlər formalaşmır və həmin şəxsin virusla təkrar təması zamanı yoluxub-yoluxmayacağını demək çox çətindir. Onu da qeyd etmək lazımdır ki, hətta xəstələnmədən sonra yaranmış immunitetin hansı müddətdə davamlı olacağı və həmin şəxsi qoruyacağı da müəyyən edilməyib. Tibbin qanunlarına əsasən təkrar yoluxma baş verərsə, ikinci xəstələnmə epizodu əvvəlki ilə müqayisədə daha yüngül olmalıdır, bu belə də olur, lakin istisnalar da mümkündür, yəni daha ağır formanın inkişafı da rast gələ bilər. Bütün bunları nəzərə alaraq xəstəliyi bir dəfə keçirmiş vətəndaşlarımıza ciddi tövsiyə edirik ki, arxayınlaşmamalı və digərləri kimi karantin tədbirlərinə ciddi əməl etsinlər”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev pasiyentlər arasında təkrar yoluxma hallarına rast gəlmədiyini bildirib: “Dünyada koronavirusa ikinci dəfə yoluxma halı baş verib. Bizdə bununla bağlı statistik məlumat olmadığına görə cavab verə bilməyəcəy\m. O ki qaldı təkrar yoluxanların xəstəliyi ağır və ya yüngül keçirmələrinə, hələ bu da tam sübut olunmayıb. Bəzi mütəxəssislər virusa təkrar yoluxmada insanların ağır keçirdiyini, bəziləri də yüngül keçirdiyini deyir. Əslində isə mən yüngül formada keçməsi qənaətindəyəm. Çünki orqanizm bir dəfə bu xəstəliklə rastlaşıbsa, onu daha yüngül keçirir. Bu bütün infeksiyalarda belədir”.
Infeksionist son günlər yoluxma sayının artması ilə bağlı narahatlığını ifadə edib: “Yoluxma sayının bu qədər artması müharibə vəziyyətində koronavirusun arxa plana keçməsi ilə bağlı oldu, virusa əhəmiyyət verilmədi. Koronavirusdan qorunmağın üç qızıl qaydası - maskadan istifadə etmək, sosial məsafə saxlamaq, əllərin yuyulmasına əməl edilmədir. Həm koronavirusdan sağalanların, həm də bütün vətəndaşların qorunması önəmlidir. Çünki bu virus yenidir, hələ tam araşdırılmayıb, peyvənd də yoxdur. Mütləq şəkildə maskadan istifadə etmək lazımdır. Əksər hallarda insanlar maskanı düzgün istifadə etmirlər. Maska ağzı tutur, burnu tutmur. Bu çox yanlışdır. İnsanların çox olduğu yerdən uzaq olmaq lazımdır. Açıq havada adam çoxdursa, maskadan istifadə olunmalıdır. Ən əsası da gigiyena qaydalarına riayət olunmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2020, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-11-2020, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09