Valideynlərə vacib tövsiyə: - Bu aralar daha məsuliyyətli olun
Artıq demək olar ki, 8 aydır şagirdlər, tələbələr təhsil müəssisələrindən ayrı düşüblər. Təhsilin davamiyyəti onlayn dərslərlə təmin edilməyə çalışılsa da, bu addımı elə də uğurlu hesab eləmək olmur. Çünki həm internet, həm də texniki baxımdan çatışmazlıqlar olduqca çoxdur. Hər kəs sabahalara ümid bağalayaraq, Təhsil Nazirliyinin mövcud problemlərin həlli istiqamətində addımlar atacağını gözləyir, lakin hələlik görünən mənzərəyə görə bu istiqamətdə ürəkaçan bir nəticə yoxdur.
Oktyabrın 30-da, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev bildirdi ki, orta və ali ixtisas müəssisələrində noyabr ayının 2-dən dərslər distant (məsafədən) davam etdiriləcək. Orta məktəblərdə isə dərslərin onlayn qaydada keçirilməsi təhsil müəssisələrinin və müəllimlərin istəyinə bağlıdır. Bu da o deməkdir ki, hələ təhsil müəssisələrinin şagird və tələbələrinə qapılarını açacağı günlərə var, bir qədər də gözləmək məcburiyyətindəyik.
Təbii ki, bu qədər uzun müddət məktəb həyatından uzaqda qalmaq şagirdlərdə sonradan məktəb mühitinə adaptasiya olmaqda müəyyən çətinliklər yaradacaq. Evində məktəbli, ələlxüsusus da aşağı sinif şagirdi olan valideynlər də təsdiqləyir ki, artıq uşaqları dərsə cəlb etməkdə çox çətinlik çəkirlər. Bir çox valideynin sözlərinə görə, pandemiya ilə yanaşı cəbhə xəbərləri də öz növbəsində uşaqlara təsirsiz ötüşmür. Onların sözlərinə görə, övladlarını dərs oxumağa çağırdıqlarında, o, sanki müharibə ovqatının təsiri altında cavab verir. Eyni zamanda da uzun müddət dərslərə ara verilməsi uşaqlarda məsuliyyət hissini zəiflədib.
Bəs, valideynlər nə etməli, necə davranış sərgiləməlidir ki, uşaqlarını dərslərə cəlb edə bilsinlər, təhsil müəssisələri açıldığında adaptasiya prosesində çətinlik çəkməsinlər?
AYNA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyir ki, dərslərə bu qədər müddət ara verdikdən sonra, xüsusilə birinci siniflər üçün adaptasiya prosesi çox çətin olacaq: “Bunun üçün valideynlər gərək ki, indidən tədbirli davransınlar. Adətən bağçaya getməyən uşaqlar məktəbə adaptasiya olmaqda əziyyət çəkirlər. Hazırda da bağçalar və məktəbəqədər hazırlıqlar təxirə salınıb. Bu, gələcəkdə valideynlərə çətinlik yaradacaq, uşaqların məktəbə, dərslərə adaptasiya prosesi çətin olacaq”.
“Adaptasiya prosesi çətin olmasın deyə valideynlər uşaqlarını özəl kurslara yazdıra bilərlər. Belə olduqda uşaqlarda məktəbə adaptasiya prosesi və dərslərdən yayınma ilə bağlı problemlər yaşanmayacaq. Azərbaycan təhsil sistemi üçün onlayn dərsləri elə də uğurlu hesab eləmirəm. Müəllimlər, eləcə də şagirdlər dərsə qoşulmaqda çətinliklə üzləşirlər. Məsələn, hər kəsin evində onlayn dərslərə qoşulmaq üçün internet də yoxdur. Baxmayaraq ki, onlayn dərs sistemi bu gün elə də uğurlu və asan deyil, amma bu sistem özü də uşaqlarda müəyyən düzənin olmasına şərait yaradır. Uşaqlar belə olduqda da məsuliyyət daşıyırdılar ki, filan saatda müəllimlərini dinləyəcək, dərsə qoşulacaqlar”, - həmsöhbətimiz bildirir.
Psixoloq vurğulayır ki, valideynlər uşaqları dərsə getməsə də, onları rejimdə saxlamalıdır: “Əgər bugünkü gündə uşaqlar istədiyi vaxt yatsalar, oyansalar, gəzməyə getsələr, telefondan, planşetdən istifadə edib televizora baxsalar, sonradan bu hal məktəbə adaptasiya prosesində əngəllər törədəcək. Bu əngəllər təlim-tədrisdə uğur, nailiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olacaq”.
G.Orucova, ancaq onlayn dərslərə qoşulan uşaqlarda da müəyən problemlərin yarana biləcəyinə diqqət çəkir: “Uşaqların ancaq onlayn dərslərə qoşulması, heç bir təhsil müəssisəsinə getməməsi onlarda sosial münasibətlərdə çətinliklər yaradacaq. Nitqdə geriləmə ortaya çıxa bilər. Uşaqlar cəmiyyət içində olduqda bir sıra sosial proseslərə öz reaksiyalarını bildirir. Amma cəmiyyətdən və sosial həyatdan uzaq qaldıqda dostluq əlaqələri, nitq bacarıqları zəifləyir. Daha aqressiv, daha özünə qapanıq olurlar”.
Mütəxəssisin sözlərinə görə, hər bir halda məsuliyyət daha çox valideynin üzərinə düşür: “Valideynlər xüsusilə diqqətli olmalıdırlar. Uşaqları məktəbə getsələr də, getməsələr də, valideynlər daha məsuliyyətli olmalıdırlar. Hər bir valideyn övladına nəyisə öyrədəcək gücdədir. İKT o qədər inkişaf edib ki, müəllimin edə biləcəyini valideyn olaraq evdə etmək mümkündür. Tam tamına etməsək də, müəyyən qədər edirik. Bunu əsirgəməməliyik. Təəssüf ki, bəzi hallarda valideynlər özləri sosial mediyaya yönəlir, uşağı diqqətdən kənar qoyurlar. Buna yol vermək olmaz. Yenə də əsas yük valideynlərin üzərinə düşür. Düşünürəm ki, bir çox valideynin uşağına ilkin bilikləri aşılayacaq qədər bilgisi var. Gərək valideynlər özləri bu günlərdə uşaqları dərs oxumağa cəlb etməyə çalışsınlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-11-2020, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-11-2020, 15:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09