Fransa prezidenti sona qədər işğalçını dəstəklədi... - həmsədrə yaraşmayan mövqe tutdu
Bundan sonra eyni sözləri Fransanın marionetka prezidenti Emmanuel Makrona da aid etmək olar - nə oldu status, gora getdi, gorbagor oldu status... Çünki Makron ilk gündən digər iki həmsədr ölkənin prezidentlərindən fərqli olaraq, ermənidən artıq ermənilik edirdi. Fransa prezidenti bütün qırmızı xətləri keçərək, normaları aşaraq, həmsədrə yaraşmayan, protokola uyğun olmayan çıxışları ilə diqqət çəkirdi.
“Yeni Müsavat” xatırladır ki, Makron hətta Azərbaycanı təcavüzkar adlandırmaqdan belə çəkinmirdi və bizi Dağlıq Qarabağı işğal etməkdə günahlandırırdı. Bu da Minsk Qrupunda münaqişənin həllində heç bir işə yaramayan həmsədrin açıqlaması, mövqeyi... Bundan sonra rəsmi Parisdən hansı ədalətli mövqeni gözləmək olar?
Halbuki bütün dünya Azərbaycanın ərazilərinin erməni işğalında olduğunu qəbul edirdi, ərazi bütövlüyümüzü tanıyırdı, bircə Makronun erməni pəncərəsindən baxan gözləri açılmırdı. İndisə bizə nə Fransanın yanaşması, nə onun vecsiz liderinin açıqlamaları maraqlıdır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, BMT qətnamələrini Ordumuz yerinə yetirdi və düşmən tamamilə diz çökdü.
Faktiki İrəvan yasa batıb, Ermənistanın hər şeyi üzünə-gözünə bulaşdıran baş naziri Nikol Paşinyan hərbi kapitulyasiyaya imza atmağa məcbur qaldığını açıqlayıb, amma Makron faşist işğalçının yanında sona qədər dayanmaq siyasətindən əl çəkməyib. Biz dostumuz və düşmənimizi yaxşı tanıyırdıq, bundan belə daha da gözəl tanıdıq. Odur ki, Azərbaycan və Türkiyənin artıq Fransanı heç bir prosesə yaxın buraxmaması təklif olunur. Nə Minsk Qrupu, nə onun ermənisevər həmsədri Makron masada ola bilər. Çünki Paşinyan neofaşizmin yeni simasıdırsa, medalın o biri üzü də işğalçını, təcavüzkarı, uşaq qatilini dəstəkləyənlərdir. Madam ki belədir, o zaman Prezident İlham Əliyevin dediyi kimi, Qarabağdan rədd olub çıxan Araik Arutyunyan kimilərə Marseldə muxtariyyət, müstəqillik versinlər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Makron erməni diasporasının əlində olan prezidentdir. Onun sözlərinə görə, Fransada seçkilər yaxınlaşır deyə Makron özünü ermənilər üçün sona qədər dəridən-qabıqdan çıxardı: "Fransanın bir neçə şəhərinin meri erməni əsilli məmurlardır. Hətta Paris merinin müavini ermənidir. Makronun davranışları da seçkilərə görədir və özünü ermənilərin qabağında palaz elədi. Amma İlham Əliyev hər şeyə nöqtə qoydu. Rusiya və Türkiyə bizə dost əli uzatdılar, sülhməramlıları 5 il bölgəni qoruyacaq. Bundan sonra bizə nə Amerika, nə Fransa lazımdır. Çünki onlar 30 ildə münaqişənin həlli üçün heç nə etmədilər. Biz 30 ildə bir qarış torpaq ala bilməmişdik. Nə Fransa, nə Amerika bizə kömək edirdi".
N.Cəfəroğlu bildirdi ki, Türkiyənin siyasi dəstəyi bizə rayonlarımızı azad etməyə ikiqat güc verdi: “Bundan sonra o torpaqlarda kommunikasiya yaratmalıyıq, köçüb yaşamalıyıq. Makron kimi adamlara göstərdik ki, öz problemimizi həll etmək iqtidarındayıq, nəyə qadirik və sizin kimi həmsədrlər bizə lazım deyil. Onlar bu 30 ildə baş qatmaqla, status-kvonu saxlamaqla məşğul oldular. Amma cənab İlham Əliyevin dediyi kimi, o status-kvo yoxdur. Mənim Ərdoğana, Hulusi Akara inamım dünyalar qədərdir və bundan sonra birliyimiz daha da möhkəmlənəcək. Çünki gələcək özümüzdən asılıdır”.
Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Makron ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, münaqişənin əsas səbəbkarının yanında yer aldı: “Ancaq son dövrlər istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də Türkiyə ilə bağlı Makronun qeyri-adekvat bəyanatları heç də təəccüblü deyil. Çünki Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Bunun bir səbəbi Fransada güclü erməni lobbisinin olması ilə bağlıdırsa, digər səbəbi bu ölkənin yüzilliklərdən bəri dənizlərdə hegemoniya qurmaq istəyi və bu marağının İngiltərə, ABŞ-ın yanı sıra, həm də Türkiyə ilə toqquşmasıdır. Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Şarl De Qol o zamanlar, İngiltərə və ABŞ-ın Transatlantik Birliyinə qarşı ərəb ölkələri ilə münasibətləri bir tarazlığa gətirməyə çalışırdı. Makronun siyasətində isə tam tərsinə, ABŞ-İsrail birliyində Türkiyəyə qarşı Əərəb rejimlərini təşkilatlandırmağa çalışdığını görürük”.
Makron əslində Fransa xalqına deyil, qlobal kapitalizmə xidmət edir. 7 may 2017-ci il seçkilərində, Makronun qlobal kapitalizmin dəstəyi ilə prezident seçildiyini hamı bilir. Siyasi şərhçi hesab edir ki, dolayısı ilə, Makronun bu həmlələri bir yandan qlobal kapitalistlərə borcunu ödəmək məqsədi daşıyır: “Bu münasibətlərin indiki durumunun təməli həm də Makronun 2019-cu ildə Putinə ”bölgəni birlikdə dizayn edək" təklifi olmuşdur. Ancaq Türkiyənin strateji həmlələri Fransanı Suriyada oyundan kənara atdı, Liviya da istədiyini vermədi, İraqda heç cürə varlığı yoxdur, Tunisdə çevriliş planı boşa çıxdı. Bu durum daxili siyasətdə Makronu çətin duruma saldı, xarici siyasətdə isə imicini pozdu. Qısacası, beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Türkiyəyə qarşı düşmən mövqeyi və erməni lobbisinin təsiri ilə Makron Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı açıq-aşkar ermənipərəst mövqe sərgiləyərək Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib".
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2020, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-11-2020, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16