reklam
Regionxeberlericom.az » Cəmiyyət » 2021-dən şagirdləri yeni tarix dərslikləri gözləyir - Ekspert danışır...

reklam

2021-dən şagirdləri yeni tarix dərslikləri gözləyir - Ekspert danışır...


Son 45 gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 il işğal altında olan müəqddəs torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad edildi. Son olaraq 10 noyabr tarixində düşmən ağ bayraq qaldırdı, Azərbaycan tərəfinin şərtləri ilə razılaşmalı oldu. Bütün bunlar Azərbaycan tarixinə yazılan ən möhtəşəm faktlardır. Ekspertlər qeyd edir ki, artıq dərsliklərin, xüsusən də tarix dərsliklərinin yenidən yazılmasına ehtiyac var. Çünki məlum olduğu kimi, dərsliklərdə daha çox pessimist ifadələr, məğlubiyyət faktları qeyd olunub. Artıq dərsliklərin qələbə, zəfər ruhunda yazılmalı, Azərbaycan Ordusunun, əsgərinin göstərdiyi rəşadətlər qeyd edilməlidir.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Müstəqilliyimizin ilk illərində Ermənistan-Azərbaycan arasında müharibə başlayanda biz 20 faiz torpaqlarımızı itirdik. Tarix nəticədir. Biz tarix kitablarını yazanda nəticəyə uyğun faktları veririk. İstər-istəməz hər bir dərsliyin, digər əlavə vəsaitlərin gündəliyində işğal olunmuş torpaqlar, ermənilərin Azərbaycana gətirdiyi faciələr qeyd olunub. Bizim şagirdlər həmin dərsliklərin vərəqlərini açanda istər-istəməz oradakı ifadələr, terminlər, faktlar müəyyən qədər onları pessimist, məğlub ruhda böyüməyə gətirib çıxarır. Lakin Ali Baş Komandan İlham Əliyev millətin milli ruhunu, milli kimliyini hər mənada geri qaytardı və bundan sonra dərsliklərimiz tamamilə dəyişəcək. O demək deyil ki, dərsliklərdə təkcə qələbə ruhunda olan faktlara daha çox yer veriləcək, eyni zamanda hadisələrə baxış da dəyişəcək. Yəni nəticə qələbədir. Ona görə də ibtidai icma quruluşundan tutmuş, kapitalizmə qədər hər bir informasiyada faktlar verəcəyik. Məsələn, Azıx mağarasından danışanda hansısa bir köhnə şəkli deyil, indi çəkilən şəkli verəcəyik. Eyni zamanda Xudafərin körpüsü, həmçinin digər tarixi abidələr, Qarabağ xanlığı haqqında danışanda artıq daha geniş, orijinal təhlillər olacaq. Ümumiyyətlə, Azərbaycan dərslikləri 2021-ci tədris ilində tamamilə dəyişəcək. Çünki hazırda istifadə olunan dərsliklərimiz hazırkı situasiyalar üçün tələblərə uyğun gəlmir. Bu eyni zamanda dərslikərimizin standartlarının da dəyişməsinə gətirib çıxaracaq. Yəni meyarlar, alt standartlar, digər yanaşmalar tamamilə dəyilşəcək. İnanıram ki, burada dərsliyini tərtib edən şəxslər həm proseslərin şahidləri olacaq və orijinal, milli ruhun daha da yüksəlməsinə gətirib çıxardan ifadələrə, faktlara üstünlük veriləcək.

Prezident İlham Əliyevin qələbə çıxışında, xalqa müraciətində deyildiyi kimi, indi tamamilə yeni bir tarix yazılır. Dərslilklərdə tarixin yazılma formatı da tamamilə dəyişəcək və bu birmənalı şəkildə belə olacaq. Artıq bundan sonra şagirdlərimizə işğal tarixləri, məğlub olma faktları deyil, qələbədən, Prezidentin də qeyd etdiyi kimi “təkbaşına qələbə”dən söz açacağıq. Beləliklə, 2021-ci ildən şagirdləri yeni tarix dərslikləri gözləyir".


Paylaş:


Müəllif : Tarix:
11-11-2020, 13:49
Sikayət   


loading...
Загрузка...