Kamran Əliyev “Amnesty İnternational”a Qarabağda döyüşən muzdluların adlı siyahısını təqdim edib
9 noyabr 2020-ci il tarixində Baş Prokuror “Amnesty İnternational” təşkilatına növbəti dəfə məktub ünvanlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 5 oktyabr 2020-ci il tarixindən sonra qeydə alınmış cinayət faktlarını “Amnesty İnternational”ın Şərqi Avropa və Mərkəzi Asiya Regional İdarəsinin direktoru Mariya Struzersin diqqətinə çatdırıb.
Bundan əvvəl 5 noyabr 2020-ci il tarixində Mariya Struzers Azərbaycan Respublikasının Baş Prokuroruna rəsmi məktub ünvanlamışdı.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Mariya Struzers, Baş Prokuror Kamran Əliyevin “Amnesty İnternational”ın “Ermənistan / Azərbaycan: Mülki əhali qadağan edilmiş kaset bombalarının istifadəsindən qorunmalıdır” hesabatında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət hadisələrinin tam əks olunmaması ilə bağlı 5 oktyabr 2020-ci il tarixli məktubunda ifadə etdiyi narahatlığa və təşkilatın fəaliyyətini yaxından izlədiyinə görə öz təşəkkürünü bildirib.
Eyni zamanda, “Amnesty İnternational” təşkilatı tərəfindən həqiqətən də Gəncə şəhər sakinlərinə qarşı ballistik raketlərdən və raket artilleriya yaylım atəş sistemlərindən, Bərdə rayonunun isə “claster” (kaset) bombalarından istifadə edilməklə müxtəlif tarixlərdə atəşə tutulması faktlarının da qeydə alınması məktubda göstərilib.
9 noyabrda yazdığı məktubda Baş Prokuror Kamran Əliyev Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli, özlərini “könüllülər” adlandıran muzdluların Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirilməsinin müəyyən edilməsi, həmin faktlarla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin başlanılması barədə məlumatlandırmaqla, həmin muzdluların adlı siyahısını məktuba əlavə edib.
Həmçinin, diqqətə çatdırılıb ki, hazırkı vaxtadək “SCUD” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları tərəfindən də qeydə alınmaqla “qəddar və ağılasığmaz” kimi qiymətləndirilib.
Belə ki, “SCUD” raket qurğusundan Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Gəncə şəhəri gecə vaxtı 5, 8, 11 və 17 oktyabr tarixlərində atəşə tutulub və nəticədə 26 nəfər mülki şəxs həlak olub, 143 nəfər isə yaralanıb.
27 və 28 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən “Smerç” tipli ballistik raket qurğularından münaqişə zonasından kənarda yerləşən və 30 min əhalisi olan Bərdə şəhərinin atəşə tutulması nəticəsində ümumilikdə 26 nəfər şəxsin həlak olması, aralarında Qızıl Aypara Cəmiyyətinin könüllüsü də daxil olmaqla 90 nəfərin yaralanması barədə də xanım Mariya Struzers məlumatlandırılıb.
Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da, həlak olan mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanıb.
Qeyd edilib ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından beş dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.
Xüsusilə vurğulanıb ki, Azərbaycan ordusu tərəfindən heç bir vaxt mülki dinc əhali hədəfə alınmayıb.
Baş Prokuror, sözügedən cinayət əməllərinə dair ətraflı foto və videomaterialları təqdim etməklə, göstərilən faktların “Amnesty İnternational” təşkilatının gələcək bəyanat və hesabatlarında qeyd edilməsini xahiş edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-11-2020, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-11-2020, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti