“Bülbülün və Üzeyirin büstü metal kimi satılmışdı” - Tanınmış şuşalılar
Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 27 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Şuşadan olan sənət adamlarının 27 ildir həsrətini çəkdiyimiz şəhərlə bağlı xatirələrini paylaşıb
Xalq artisti, aktrisa Firəngiz Mütəllimova bildirib ki, ömrünün ən gözəl günləri orada keçib.
“Orta məktəbi bitirənə kimi Şuşada yaşamışam. 1976-cı ildə universitetə qəbul olandan sonra Bakıya gəldim. İşğala qədər hər yay Şuşaya gedirdim, sonuncu dəfə atamın 60 illiyində Şuşada olmuşam. Yadımdadır, atışma başladı, zirzəmilərə girdik. Gözəl günlərim Şuşada keçib. Ürəkdən qəhqəhə çəkdiyim günlər Şuşa ilə bağlıdır. Mən Şuşamdan doymamışam. Daşaltı çayı, Ərimgəldi qayası, “Qırxpilləkən” yolu, onların hamısında olmuşam. Şuşanın hər yerini gəzmişəm. İndiyə qədər də maraqlanıram, baxıram. Evimiz yerlə-yeksan olub. Bu, mənə pis təsir edir”.
Əməkdar artist, Şuşa Teatrının yaradıcılarından olan Teymur Məmmədov ömrünün 10 ilini Şuşada keçirib.
“27 ildir ki, Şuşa Teatrı fəaliyyətini Şuşasız davam etdirir. Hüseynbala Mirələmovun “Həsrət” əsəri əsasında tamaşa hazırlamışıq. Daha sonra Şuşa ilə bağlı “Gülələnmiş heykəllərin fəryadı” adlı tamaşamız var. Biz Şuşanı tək işğal günlərində anmırıq, repertuarımızda müharibə, Şuşa mövzulu 5-6 tamaşamız var. Cənnəti heç kim görməyib. Şuşa da bu dünyanın cənnəti idi. Havası da, suyu da, memarlığı da, insanlığı da, gülü-çiçəyi də cənnət idi. Mən Şuşada 10 il yaşamışam, işğaldan bir qədər əvvəl gəlmişəm. Teatrımızın rəhbəri Yadigar Muradov başına mərmi yağa-yağa oradan çıxıb. Teatrın avtobusunu da özümüzlə gətirə bilmədik. Şuşada Mədəniyyət evində çalışırdıq. İndi yerində heç nə qalmayıb. Hansı ki, orada Bülbülün və Üzeyir bəyin büstləri var idi. Güllələnmiş büstlər metal kimi satılmışdı. Bizimkilər alıb bura gətirdilər. İndi İncəsənət müzeyinin həyətindədir və biz hər il onları ziyarət edirik”.
Müğənni Xuraman Şuşalı isə şəhəri işğal günü tərk etdiyini deyib.
“Şuşadan mayın 8-də çıxdım. Şəhər yadımda qarlı, çiskinli günlərlə qaldı. İnternetdə evimizin dağıntısına baxmışam. Yerində qonaq evi tikiblər. Şuşanın yarası hara sağalır?! Qayıtsa da, sağalan deyil. Elə iz buraxıb ki... Nə gedəni, nə də öləni qaytarmaq olur. Mühaibədə valideynlərim yaralandı. Bu, mənim üçün çox pis xatirədir. Unutmaq istədiyim gündür, amma mümkün deyil. Şuşada uşaqlığım keçib. O günləri necə yaddan çıxara bilərəm?! Orada Mamayı məhələsi var idi, bizim evimiz orada yerləşirdi”. (azvision.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-05-2019, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-05-2019, 16:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07