Onlayn təhsilin iki üzü: burada da bacarmaq mümkündür - GƏLİŞMƏ
Bildiyimiz kimi, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib və bu qərar hələ də qüvvədədir. Mart ayından pandemiya ilə bağlı təhsilin davamiyyəti onlayn formada həyata keçirilməyə başlanılıb. Bu hal təhsil sahəsinin gözlənilmədən qapısını döydüyünə görə uzun müddət müxtəlif qurğulardan internetə qoşulmaqda belə, əziyyət çəkən çox oldu və belələri hələ də var. Bir çox ailədə internetə qoşulmaq üçün nə kifayət qədər qurğu, nə də normal internet var.
Qeyd edək ki, anidən qapımızı döyən onlayn təshil gəlişi ilə bir çoxunu büdrətsə də, işində peşəkar, həvəsli, vicdanlı olan və lazımi texniki imkana sahib olanlar üçün çətinlikləri adlamaq elə də gec olmadı. Onlar ənənəvi formada necə, onlayn qaydada da o cür – vicdanla dərsini keçdi, qarşı tərəf də eyni qaydada məsuliyyətini dərk etdi. Bu mərhələdə ən çox narahat olduğumuz isə balaca balalar – məktəbəqədər və ibtidai sinifdə oxuyan şagirdlərdir. Onların sinif otağından, müəllim təmasından uzaq qalmaları hər kəsin qəlbində nigaranlıq yaradır.
AYNA bu istiqamətdə məktəbəqədər, ibtidai sinif müəllimi, pedaqoq Aysel Alıcanova ilə həmsöhbət olub.
- Aysel xanım, distant təhsili necə dəyərləndirirsiniz?
- Təhsilimiz illər keçdikcə yenilənməlidir. 21-ci əsrin tələblərinə uyğun dərslərin qurulması şagirdin dünyagörüşünün artmasına səbəb olacaq. Distant təhsilin aşağı siniflərdə müsbət və mənfi cəhətləri var. Müsbət cəhətləri bunlardır ki, şagirdlər telefon və kompüter, planşetdən istifadə edərək məlumatlar araşdıra, onlayn kitablar oxuya, dünyanın hər yerindən məlumatlar əldə edə, xarici məktəblərin şagirdləri ilə layihələr işləyə bilərlər. Lakin hər bir işin müsbət tərəfi olduğu kimi mənfi tərəfi də var. Uşaq və müəllim distant təhsil zamanı sinifdəki kimi münasibət qura bilmirlər. Balaca uşaqlar adətən müəllimlərindən sevgi və qayğı istəyirlər. Bu distant təhsil zamanı 80% ödənilmir. Bəzi şagirdlərimiz bizdən fərdi qaydada müəllim diqqəti, ana sevgisi istəyir. Dərs zamanı müəllim web 2.0 alətlərdən istifadə edərək müasir dərs qurub uşaqların tələblərini ödəyə bilər. Lakin yenə də psixoloji cəhətdən aşağı siniflərdə müəllimlə şagird arasındakı qarşılıqlı münasibət daha çox vacib amildir. Yazı yazarkən müəllimin şagirdə istiqamət verməsi, ona diqqət ayırması şagirdi daha çox həvəsləndirir. Dünyada məktəblərin çoxu distant təhsildən faydalanır. Distant təhsil dövrümüzün tələbidir. Aşağı siniflərdə distant təhsil və ənənəvi təhsil paralel şəkildə aparılsa, o zaman yaxşı nəticə əldə etmək mümkündür.
- Dərslər çox təxirə düşdü, necə düşünürsünüz, bu qədər geriliyi hansısa formada builki tədris ili ərzində kompensasiya etmək mümkündürmü?
- Bəli, mümkündür. Bununla bağlı biz müəllimlərə də tapşırıq verilib. Tətil günlərində mövzular kompensasiya ediləcək.
- Bu halda uşaqlar yüklənmiş olmurmu? Müşahidə etdiyimiz qədər uşaqlar demək olar ki, bu günlərdə dərslərdən çox uzaq qalıb, yadırğayıblar.
- Hər bir müəllimin planı olmalıdır. Kurikuluma görə, hətta şagird bir mövzunu dərk etmirsə, müəllim o mövzuya yenidən qayıtmalıdır. Burada əsas şagirdin öyrənmə vəziyyəti təhlil olunur. Plan üzrə müəllim pedaqoji işini yüksək səviyyədə qura bilər. Çox dərs vermək çox öyrənmək demək deyil. Əsas uşağın o mövzuda öyrəndiyi nəticə və bacarıqlardır. Əgər müəllim şagirdin öyrənmə səviyyəsinə uyğun planlı şəkildə dərs qursa, o zaman uşaq yüklənməyəcək.
- Bu halda, istər-istəməz hər kəsi qayğılandırır ki, balacalar bu qədər dərsdən uzaqlaşmışkən, həmin dərsləri necə mənimsəyəcəklər? Tədris ilinin dondurulması haqda sizin düşüncələriniz necədir?
- Uşaqlar yay tətilindən məktəbə gələrkən də 1 həftə çətinlik çəkirlər. Daha sonra onlarda vərdiş yaranır, çətinlik aradan qalxır. Təbii ki, müəllim də uzun müddətdən sonra öz sevgisi, interaktiv dərsi ilə uşaqda həvəs, maraq oyada bilər. Bu hala aşağı siniflərdə çox rast gəlinir. Şagirddə dərsə qarşı sevgi varsa, bu, distant və yaxud ənənəvi təhsil olsun, fərq etməz, yenə də təhsilini davam etdirəcək. Təhsil davam etməlidir ki, şagird təhsil ehtiyaclarını ödəyə bilsin. Çox vaxt internetə görə gileylənirik. Lakin elə şagirdimiz olub ki, internet olmasa da, telefon əlaqəsi quraraq evdə dərslərini yerinə yetirib, sinif 1-cisi olub.
- Şagirdin uğurlu olmasında, bu çətin vəziyyətdən rahat çıxmasında valideynin rolunu necə qiymətləndirirsiniz?
- Valideyn aşağı siniflərdə müəllimə dəstək verən, şagirdə kömək edən əsas insan sayılır. Müəllim-valideyn-şagird üçbucağı düzgün qurulsa, şagird uğur qazanacaq. Əgər valideyn uşağı ilə maraqlanmasa, şagird 50 faiz uğur qazana bilər. Məsuliyyət hissini uşaq ailədə də öyrənməlidir. Biz valideynlərə bu sözü deyirik: "Birgə işləsək, hər bir uşağın gələcəyi parlaq olacaq". Distant təhsil zamanı valideyn müəllimin verdiyi tapşırıqlara nəzarət edib, uşağın öyrənməsində çətinlik çəkdiyi mövzuları müəllimlə əlaqə saxlayaraq deyə bilər. Amma mən daha çox uşağın müəllimlə qarşılıqlı əlaqə saxlamasının tərəfdarıyam. Uşaq da müəllimə öyrənə bilmədiyi dərsləri, mövzuları çəkinmədən deməlidir. Distant dərs zamanı müəllim çətin dərk edilən mövzuları yenidən izah edib, tapşırıqlar işlədərək şagirdi çətin vəziyyətdən çıxarda bilər.
- Aysel xanım, ətraflı fikirləriniz üçün təşəkkür edirik. Hansısa əlavəniz varmı?
- Hazırda COVID-19 pandemiyası ilə əlaqədar olaraq distant dərslər davam edir. Bu da bir dövrdür. Lakin təhsilimizdə distant təhsil yeni təhsil forması kimi indi və gələcəkdə də istifadə ediləcək. Biz hər zaman təhsildə yenilikləri tətbiq edib, müasir, dünyagörüşlü şagirdlər yetişdirməliyik. Bütün müəllim və şagirdlərimizə uğurlar arzu edir, sizə və AYNA heyətinə təşəkkür edirəm.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29