“Qarabağın işğaldan azad edilməsi türkə kəfən biçənlərə dərs olsun!” – MHP millət vəkili Tamer Osmanağaoğlu (VİDEO)
Milliyətçi Hərakat Partiyasından (MHP) İzmir millət vəkili Tamer Osmanağaoğlu Türkiyə Böyük Millət Məclisinin iclasında Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsindən danışıb.
"AzPolitika.info" xəbər verir ki, o, bu qalibiyyəti tarixi zəfər adlandıraraq, Türkiyə cəmiyyətinin Azərbaycan xalqı qədər sevinc və qürur duyduğunu vurğulayıb: "Şükürlər olsun, Dağlıq Qarabağ işğaldan azad edildi. Azərbaycana qarşı işlənən insanlıq və müharibə cinayətləri Azərbaycan türklüyünün dəmir yumruğu ilə cəzalandırıldı. Azərbaycan türklərinin sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur! Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın işğaldan azad edilməsini şanlı zəfərimiz adlandırır. Bizlər Azərbaycan türklüyünün bu şanlı zəfərini eyni sevinclə, iftixarla ürəkdən qeyd edirik. Böyük Ziya Göyalpın dediyi kimi, Vətən nə Türkiyədir, nə türklər, Vətən ulu məhəbbət dolu olan Turan ölkəsidir! Azərbaycan türkün Vətənidir, Qarabağ Azərbaycanın öz torpağıdır, işğaldan kənd-kənd, qəsəbə-qəsəbə azad edilərkən əziz millətimiz milli şüurla bu hadisəni sahibləndi və qardaşlığını göstərdi. Qarabağda yaşayış məskənləri Azərbaycan Ordusunun polad pəncəsi ilə azad olunarkən, Azərbaycan bayrağı ay ulduzlu bayrağımızla birgə əllərimizdə və ürəyimizdə dalğalandı. Birliyimiz və bütövlüyümüz ən böyük gücümüzdür. Azərbaycanda bu silahımız düşmənin dizini yerə gətirdi. Bu bayraqla öz bayrağımız qədər qürur duyuruq. Türkiyədən səslənən "yanındayıq!" nidaları sadəcə Bakıda deyil, bütün dünyaya çatdı, tək ürək, tək ruh, tək bədən olduğumuzu yeddi cahana göstərdik".
Osmanağaoğlu daha sonra bildirib ki, vətəndaşlarımızın Qarabağı öz vətəni və orada döyüşən ordunu öz ordusu bilməsini hər kəs düzgün oxuyub görməlidir. "Türk dünyası birdir və bütündür. Tarixi ilə, coğrafiyası ilə bu Vətənin önündə kimsə dura bilməz. Qarabağın işğaldan azad edilməsi və 30 il davam edən ayrılığın sona gəlməsi türkə kəfən biçənlərə dərs olsun!", - deyə MHP-li millət vəkili vurğulayıb.
Çıxışında şəhidlərimizi rəhmətlə, şükranlıqla anan T.Osmanağaoğlu bildirib ki, xatirəsini andığımız şəhidlərimiz təkcə Qarabağ torpaqlarını qanları ilə suvayaraq əziz yurdu yenidən Vətən yaradanlar deyil: "Bir əsr öncə Anadoludan Nuru Paşanın komandanlığı ilə gedən Qafqaz İslam Ordusunun verdiyi şəhidlərimizi də rəhmətlə, minnətdarlıqla anıram. Qürurla xatırlayırıq ki, can Azərbaycanımızın sərhədlərini çəkən o şəhidlərimizidir. Bu ordunun Bakı azad edildikdən sonra çatdığı sərhədlər bugünkü Azərbaycanın sərhədlərini təşkil edir. Azərbaycanlı qardaşlarımız kommunist diktaturası zamanı da bu şəhidlərimizin məzarlarını qoruyub gülüstana çeviriblər. Bakının Xəzərə baxan ən gözəl təpələrindən biri bu gün Türk bayrağı altında yatan Qafqaz İslam Ordusu əsgərlərinə aiddir. Onların bizə qoyduqları mirasa sahib çıxılıb. Qarabağın işğaldan azad olunması ilə bölünməz Vətən bu yeni vücudu tapıb. Hüzur içində yatsınlar".
Millət vəkili daha sonra bu zəfərin memarı olan şanlı ordunun mənsubları ilə yanaşı Azərbaycan türklüyünün və tək ürək kimi qəlbləri Qarabağda vuran türk millətinin önündə sayğı ilə baş əydiyini vurğulayıb. Tamer Osmanağaoğlu çıxışını MHP lideri Dövlət Baxçalının bu sözləri ilə tamamlayıb: "İndi gerisini şər güclərinin agenti Paşinyan və onun şəbəkəsi düşünsün. Artıq özünə sığınacaq, qaçacaq yer axtarsın. Qarabağ türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır!"
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2020, 14:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-11-2020, 14:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti