Erməni mediasından Putinə sensasion ittiham: Qarabağı öz poliqonuna…
Rusiya Prezidenti Vladimir Putinin Qarabağ barədə səsləndiridiyi fikirlər Ermənistan ictimiai-siyasi mühitində birmənalı qarşılanmayıb.
Erməni mediası Putinin fikirlərindən sonra bu qənaətə gəlib ki, Rusiya “Qarabağ kartı”ndan “imperiya maraqları” üçün faydalanmağa çalışır.
Digər tərəfdən, Rusiya Prezidentinin fikirləri Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvadan dəstək alması barədə şübhələri də artırıb.
“Hrapark” qəzeti yazır ki, Putinin Nikol Paşinyanın xain adlandırılmasını əsassız hesab etməsi bu qənaəti yaradıb.
“Bununla yanaşı, siyasi dairələrdə belə düşünürlər ki, Paşinyan hakimiyyətdə qaldığı müddətdə Rusiya Prezidenti mövcud vəziyyətdən öz imperiya maraqları naminə yararlanmaq istəyir. Türk amilinin bölgədə bu miqyasda güclənməsi Rusiyanın maraqlarına cavab vermir. Amma belə vəziyyət yaranıbsa, o zaman Rusiya öz maraqlarını təmin etməyə çalışacaq”, - qəzet yazır.
“Hraparak”ın iddiasına görə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanan bəyanatda bölgəyə 1960 nəfərdən ibarət sülhməramlı kontigentin yerləşdirilməsi nəzərdə tutulsa da, pərdəarxası danışıqlar davam edir və Kreml Dağlıq Qarabağa 14-15 min civarında hərbçi gətirməklə ərazını öz poliqonuna çevirmək istəyir.
“Nəticədə, ən azı dekabrın 1-dək, yəni, bəyanatda göstərilən ərazilərin təhvil verilməsi üçün son tarixə qədər Ermənistan Baş nazirinin dəyişdirilməsi Rusiya üçün faydalı deyil. Bu səbəbdən Nikol Paşinyana açıq zərbələr endirilməyəcək. Zərbələr daha diplomatik şəkildə olacaq, məsələn Paşinyanın Şuşa məsələsindəki yalanlarının ifşa edilməsi kimi”, - qəzet yazır.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-11-2020, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-11-2020, 11:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01