Ramiz Mehdiyev vəzifədən azad edildi
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən – Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.
Bu barədə Modern.az-a Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.
Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.
Rəcəb Rəhimli Dövlət İdarəçilik Akademiyasının “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırlıb. Onun yerinə Namiq Əliyev seçilib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.

Paylaş:
Müəllif : Fuad
Tarix:19-11-2020, 13:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-11-2020, 13:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB