Dilqəm Əsgərov qayıtmaq üçün gün sayır: Ailəsinə zarafat dolu məktub: - “Tez evləndirin ki…”
İki gün əvvəl erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə ailəsinə məktub göndərdiyini xəbər vermişdik.
Girovun oğlu Kürdoğlu Əsgərov Cebhe.info-ya məktubun məzmunu barədə danışıb:
“Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları atamın məktubunu bizə təqdim etdi. Məktubda elə də geniş nəsə yazmayıb. Azərbaycanın qələbəsindən xəbərdar olduğunu və Ermənistana köçürüldüyün bildirib.
Durumu normaldır. Hər kəsə, qohum və tanışlara salamını çatdırıb. Ona görə narahat olmamağımızı qeyd edib. Xüsusilə onu vurğulayıb ki, subay qardaşımı tezliklə evləndirək və zarafatından da qalmayıb. Yazıb qardaşımı elə qızla evləndirək ki, atası olmasın, anası olsun.
“Məni də yaddan çıxarmasın. Gələndə də onu mən alaram”,- deyə zarafatyana bildirərək, anama da “söz vurub”. Bir sözlə, könlümüzü açmaq üçün belə zarafatyana bir məktub ünvanlayıb”.
Qeyd edək ki, noyabrın 4-də Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistanın Gorus rayonuna aparılıb. Ayın 13-də isə oradan Şirak bölgəsindəki Artak həbsxanasına köçürülüblər. Hazırda da Şirak vilayətindədirlər. 6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana nə vaxt təhvil veriləcəyi məlum deyil. Bu barədə qərar iki ölkə arasındakı razılaşmadan sonra baş tutacaq. Xatırladaq ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildir ki, girovlar Şuşa həbsxanasında saxlanılırdı. 15 gündür ki, girovlar Şuşa həbsxanasından Ermənistana köçürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2020, 16:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2020, 16:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01