"Minlərlə insan virusu simptomsuz kecirir" - "İki həftəlik qapanma səhiyyənin yukunu azalda bilər"
"Hər kəs bu və ya digər formada COVİD-19-a yoluxacaq. Çünki bütün dünyada xəstələrin sayı sürətlə artır".
Bu sözləri "AzPolitika.şinfo-ya açıqlamasında ölkədəki pandemiya vəziyyətini şərh edən Həkim-farmakoloq Müşfiq Hüseynov bildirib.
“Avropa və bizim region da sürətlə zirvəyə yaxınlaşır. Rusiyada – Moskvada qapanma haqqında fikirlər səslənir, qardaş ölkə Türkiyədə “qırmızı” bölgələrin sayı artıb, hətta İstanbul kimi meqapolisdə bəzi məhdudlaşdırmalar tətbiq olunub, Ukraynada yoluxanların gündəlik say on minlərə çatıb. Azərbaycan da zirvəyə irəliləyir. Xəstə sayı kiçik ölkə üçün çox böyükdür.
2500-ü gördük, 3000 olacağı da istisna deyil. Əgər test yoxlaması kütləvi keçirilsə, əmin olun ki, bu say 5000 də olar, 10000 də. Minlərlə insan virusu simptomsuz keçirir. Bir o qədər də insan yüngül simptomlarla evlərdə müalicə alır”-deyə həkim vurğulayıb.
Həkim qeyd edib ki, yoluxmaların kütləvi artım səbəblərini artıq hər kəs bilir: “Buna səbəb maskasız gəzmək, gigiyenik qaydalara əməl etməmək və sosial məsafənin təmin edilməməsidir. Bura havaların soyuqlaşması ilə aspirator xəstəliklərin mövsümi artışını da əlavə edin. Amma biz insanıq, ailəmiz, dostlarımız, müəyyən adətlərimiz, işimiz var. Bütün qaydalara tam əməl etmək mümkün deyil. Məsələn, metro bağlıdır, amma avtobusda heç bir sosial məsafə gözlənilmir. Bu, mümkün də deyil. Bundan başqa, qələbə nümayişi günü insanların kütləvi şəkildə meydanlara axışması, son günlərdə şəhidlərimizin dəfnində baş verən kütləvilik səbəblərdən bəziləridir. Bunlar faktdır.
Amma artıq bütün qaydalara ciddi əməl edənlərin xəstələnməsi halları da var. Bu da onu göstərir ki, birincisi, tam qorunmaq üçün hər şey bitənə kimi bunkerə girmək lazımdır, yəni bu, mümkün deyil.
İkincisi, qorunmaq ona görə lazımdır ki, orqanizmimiz virusu az dozada qəbul edib, yüngül simptomlarla keçirsin. Hər kəs özünü qorumalıdır. Çünki başqa şans artıq qalmayıb. Kütləvi yoluxma və virusun yayılmasının zirvəyə yaxınlaşması periodik haldır.
Ola bilər ki, hökümət yenə qapanmaya gedər və SMS icazə sistemi bərpa olunar. Səhiyyə sisteminin çökməməsi üçün buna ehtiyac yarana bilər. Düşünürəm ki, iki həftəlik qapanma səhiyyənin yükünü azalda bilər. Əhali buna hazır olsa, yaxşıdır. Ehtimal çox yüksəkdir”.
M.Hüseynovun sözlərinə görə, ilk peyvəndlər ölkəyəən yaxşı halda gələn ilin fevral-mart aylarında gətirilə bilər: “Görünən odur ki, pandemiya vəziyyəti marta kimi bizi müşayiət edəcək. Qısa desək, hər kəs bu və ya digər formada COVİD-19-a tutulacaq. Bundan qaçış yoxdur. Amma özümüzü maksimum qoruyub, xəstəliyi simptomsuz və ya yüngül formada keçirmək öz əlimizdədir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-11-2020, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-11-2020, 14:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01