Kəlbəcər bizi gözləyir - FOTO
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə atəşkəsin kobud şəkildə pozulması ilə düşmənə öz layiqli cavabını verən ölkəmiz haqq savaşına başladı. Getdikcə alovlanan bu Vətən müharibəsində müxtəlif qurumlar və şirkətlər ordumuza öz dəstəyini göstərməyə çalışdılar. Biz də Huner Group şirkəti olaraq öz dəstəyimizi göstərmək üçün Müdafiə Nazirliyinə rəsmi müraciət ünvanladıq.
Şirkətimiz 2016-cı ilin Aprel döyüşlərində də nazirliyə eyni şəkildə müraciət etsə də, nazirlik buna ehtiyacın olmadığını bildirmişdi. Lakin bu dəfə müraciətdən bir gün sonra nazirlikdən qəbul cavabı gəldi və şirkətimizin balansında olan dörd ədəd təcili tibbi yardım avtomobili səhiyyə heyəti ilə birlikdə cəbhə istiqamətinə, Gəncə hərbi hospitalına yola düşdük. Orada bizi Gəncə hərbi hospitalının komandiri polkovnik-leytenant Hüseyn Qaçayev və tibb xidmətinin rəisi Asəf Məmmədov qarşıladı.
Heyətimizlə birlikdə bir aya yaxın müddətdə burada 24 saat xidmət göstərdik, ön cəbhədən gətirilən yaralılara ilkin tibbi yardım etdik, onların müxtəlif xəstəxanalara daşınmasında, ağır yaralıların demək olar ki, hər gün Gəncə şəhərindən Bakı hərbi hospitallarına çatdırılmasında aktiv iştirak etdik. Bütün yaralılara xüsusi qayğı ilə yanaşan personal yorulmadan gecə-gündüz fəaliyyət göstərdi, çətin şəraitdə tibbi əməliyyatlar həyata keçirdi.
Oktyabrın 26-da bizə - Gəncə hərbi hospitalının heyətinə işğaldan azad olunmuş rayonlarımızda səhra hospitalının yaradılması ilə bağlı tapşırıq gəldi. Bu tapşırığa əsasən, hospitalın komandiri Hüseyn Qaçayevin rəhbərliyi altında böyük tibbi heyət, o cümlədən Huner Group-un təsisçisi Ehtiram Quliyevin və şəxsən mənim idarə etdiyimiz iki ədəd təcili yardım avtomobili, səhiyyə işçilərimizlə birlikdə Qubadlı rayonunun Xanlıq kəndinə yola düşdük.
Verilən tapşırığa əsasən, Gəncə hərbi hospitalının öz imkanları daxilində məntəqə tipli bina seçdik və burada səhra hospitalının yaradılmasına başlandı. Hərbi hospitalın komandiri polkovnik-leytenant Hüseyn Qaçayevin və hərbi hissənin tibb xidmətinin rəisi polkovnik-leytenant Asəf Məmmədovun yüksək təşkilatçılığı ilə hospitalda iki əməliyyatxana, sarğı otağı, rentgen və USM aparatları ilə təchiz olunmuş müayinə otağı və beş müalicə çadırı quruldu. Binada müxtəlif ölçülü generatorlar quraşdırılaraq tam işıq təminatı təşkil edildi. Geyim ləvazimatı, qida təminatı, gecələmək üçün münasib yerlərin müəyyən olunması və digər bu kimi ehtiyaclar yüksək səviyyədə qarşılanırdı.
Burada gecə-gündüz xidmət edən heyətimiz - Roman, Samir, Rəşad, Səbuhi, Mehman və digər həkimlər, həmçinin, əməliyyat tibb bacıları, səhra hospitalının fəaliyyətində yaxından iştirak edən mühafizə əməkdaşları, texniki işçilər xüsusi peşəkarlıq göstərərək Xanlıq kəndinə yaxın istiqamətdəki cəbhə xəttindən gətirilən yaralıları qarşılayır, ilkin yardım göstərir, müxtəlif tipli cərrahi əməliyyatlar həyata keçirirdi. Biz isə vəziyyəti stabilləşən yaralıları təcili yardım avtomobilləri ilə Horadiz qəsəbəsində yerləşən hospitallara daşıyırdıq.
Şuşa uğrunda döyüşlər başladıqdan sonra Gəncə hərbi hospitalının şəxsi heyətinə Şuşa şəhərində hərbi hospitalın açılması ilə bağlı yeni tapşırıq verilir. Noyabrın 8-də Şuşanın işğaldan rəsmən azad olunması ilə əlaqədar hazırlıqlar daha da sürətləndirildi. Bu zaman səhhətinin pis olmasına baxmayaraq, komandirimiz Hüseyn Qaçayev bizi tək qoymadı və proseslərə birbaşa nəzarət etmək üçün heyətimizlə birlikdə Şuşa şəhərinə yollandı. İkisi Huner Group-un olmaqla ümumilikdə üç ədəd təcili tibbi yardım avtomobili və tibb işçiləri ilə birlikdə çox çətin şərtlərlə, ordumuzun meşə ərazisindən açdığı xüsusi Böyük Tağlar-Şuşa yolu ilə iki gün ərzində şəhərə daxil ola bildik.
Münasib bina təyin etdikdən sonra Şuşa şəhərində yeni hərbi hospital yaradıldı və yaralıların qəbuluna başlanıldı. Aparıcı cərrah polkovnik Roman Çobanovun rəhbərliyi ilə Samir, Səbuhi, Elşən həkimin və Zəminə, Elnarə, Nişanə əməliyyat tibb bacılarının da iştirakı ilə 28 ildən sonra Şuşada ilk əməliyyat həyata keçirildi və heyətimiz tərəfindən minaya düşərək ağır yaralanan əsgərimizin ayağında cərrahi əməliyyat aparıldı. Bununla yanaşı biz mənfur düşmən tərəfindən dağıdılmış tarixi Şuşa məscidimizi təmizlədik, 28 ildən sonra burada ilk azan sədalarını səsləndirdik.
Əsgərlərimiz və heyətimizlə birlikdə Şuşada ilk cümə namazını qıldıq. Bir neçə gün davam edən əməliyyatlardan sonra Kəlbəcərdə eyni tipli hospitalın yaradılması ilə bağlı bizə növbəti tapşırıq gəldi. Beləliklə də burada yaradılmış hərbi hospitalı digər korpusun tibbi heyətinə təhvil verərək komandirimiz Hüseyn Qaçayevin rəhbərliyi ilə Şuşanı tərk etdik, Gəncə şəhərinə qayıtdıq. Kəlbəcərdə yeni hospitalın yaradılması üçün hazırlıq işlərinə başlasaq da Ermənistanın müraciəti əsasında noyabrın 15-i təhvil verilməli olan Kəlbəcər rayonun boşaldılması ayın 25-nə qədər təxirə salındı. Hazırda tibbi heyətimiz Gəncə hərbi hospitalında və Qubadlıda yaradılan səhra hospitalında fəaliyyətini tam şəkildə davam etdirir.
44 günlük ağır döyüşlərdə, çətin şəraitdə böyük şücaət göstərərək vaxtında edilmiş müdaxilələrlə onlarla əsgərlərimizi həyata qaytaran qəhrəman komanda olaraq ordumuzun Kəlbəcər rayonunu təhvil almasını, orada eyni peşəkarlıq və fəxr hissi ilə ilk hərbi hospitalın yaradılması üçün yola düşəcəyimiz günü böyük səbirsizliklə gözləyirik. Sonda bir daha Azərbaycan ordusunun bütün şəxsi heyətinə dərin minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan! Yaşasın
Ali Baş Komandan!
Paylaş:
Müəllif : Fuad
Tarix:23-11-2020, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-11-2020, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09