Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Azərbaycanda COVİD-19-dan ölüm hallarının artımında ən əsas səbəb xəstənin özü tərəfindən xəstəliyin düzgün idarəolunmaması, özünümüalicənin aparılmasıdır.
Bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son həftələrdə xəstəliyə yoluxma sayında xoşagəlməyən artım müşahidə edilir.
Bunun da müxtəlif səbəbləri var: “İnsanlar müharibə zamanı karantin qaydalarına əməl etməyərək sevinc və kədəri birgə qeyd etdi. Bu da yoluxmanın artmasına səbəb oldu. Digər tərəfdən, özünümüalicə də biz azərbaycanlılar üçün xasdır və insanlar buna daha çox üstünlük verirlər. Xəstələr 1 həftə-10 gün özlərini müalicə edirlər. Bu müalicə antibiotiklərdən ibarət olur. Kimsə antibiotiklərdən istifadə edib yaxşılaşıbsa, digəri də onu içib müalicə olunmağa çalışır. İnsanlar xəstəliyin əlamətləri müşahidə edilməyə başlayan kimi güclü antibiotiklərdən istifadə edirlər. Bu da xəstəliyin ağırlaşmasına səbəb olur. Amma orqanizmlər fərdi olduğundan respirator xəstəlikləri eyni qaydada müalicə edə bilmərik. Biz tövsiyə edərdik ki, hamı evindəki ehtiyat dərman qutusuna antibiotikləri əlavə etməsin. Qonşu, iş yoldaşı istifadə edib - deyə ondan istifadə etməyək. Müalicə həkim nəzarəti altında olmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-11-2020, 11:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-11-2020, 11:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:57
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:32
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Dünən, 12:24
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
22-01-2025, 22:25
Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
22-01-2025, 12:32
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
22-01-2025, 12:12
Tramp Baydenin 78 qərarını ləğv etdi – ABŞ ÜST və beynəlxalq iqlim sazişindən çıxdı
22-01-2025, 10:54