reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mübariz İbrahimovun şəhid olduğu posta bayrağ sancan Şəhid - VİDEO

reklam

Mübariz İbrahimovun şəhid olduğu posta bayrağ sancan Şəhid - VİDEO

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında Saatlıdan olan baş leytenant şəhid Şahid Əhmədli də olub.

“Report”un Aran bürosu xəbər verir ki, oktyabrın əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun onlarla erməni silahlısını məhv edərək şəhid olduğu post işğaldan azad edilib. Posta üçrəngli bayrağı isə baş leytenant Şahid Əhmədli sancıb.

Bu barədə "Report"un Aran bürosuna məlumat verən şəhidin atası Gülməmməd Əhmədov bildirib ki, O, bu günü illərlə gözləyib. Nəhayət istəyinə nail olub:

"Şahid anası tez-tez danışırdı. Anasından televizora baxdığını soruşurdu. Anası da baxdığını deyirdi. Demə bu, Milli Qəhrəman Mübariz İbrahimovun adına olan posta keçirdiyi bayrağa görə deyirmiş, biz də başa düşmürdük".

Baş leytenant Şahid Əhmədli Saatlı rayonunun Qaracalar kəndində doğulub. 28 yaşlı hərbiçi hər zaman hazırlıqlı, bacarıqlı zabitlərdən olub. Xidməti dövründə peşəkarlığı ilə seçilib. Aprel döyüşlərinində də iştirak edib. Düşmənə ilk sarsıdıcı zərbəni elə o vaxt endirib. Bu döyüş həm də bir təcrübə olmuşdu, Şahid üçün.

Əks-hücum əməliyyatı başlayanda Şahid Əhmmədli rəhbərlik etdiyi qrupla, Murovdağ yüksəkliyinin alınmasında iştirak eidb. Sonrakı günlərdə, Talış və Suqovşan istiqamətindəki döyüşlərdə də qəhrəmanlıq göstərib. Döyüşlərin birində düşmən güləsinə tuş gələrək, canından çox sevdiyi vətən torpağı uğurunda şəhidlik zirvəsinə ucalır. İki azyaşlı övladı əmanət qalır.

Saatlı rayonunun Qaracalar kəndi Vətən müharibəsində iki şəhid verib. Şahid Əhmədlidən başqa, onun yaxın qohumu, eyni zamanda onunla birgə xidmətdə oan Səxavət Talıbzadə də ən ali məqama-Şəhidlik zirvəsinə ucalıb.



Paylaş:


Müəllif : Tarix:
24-11-2020, 12:42
Sikayət   


loading...
Загрузка...