Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
Biz işğaldan azad olmuş Qarabağda rekonstuksiya işləri aparmayacayıq. Biz sıfırdan inşa ediləcək bir bölgə yaratmalıyıq. Onun infrastrukturundan başlamış onun iqtisadiyyatına qədər hər şeyi yenidən başlamalıyıq. Bu start xəttində köhnə və haldan düşmüş iqtisadiyyat üzərində nəsə inşa edilməyəcək. Heç nəyi olmayan bir yerdə yeni iqtisadiyyat qurmalıyıq. Haradan başlamlı sualında bizim konseptual yanaşmamız olmalıdır.
Birinci, atmalı olduğumuz addım 27 il ərzində Qarabağda dağıdılmış iqtisadiyyatın söhbətlərinə qayıtmalıyıq. Ziyan vurulmuş və illərlə davam etmiş bu dağıntıların iqtisadi miqyasını geri almaq haqqında düşünməliyik. Bizim Ermənistan dövlətindən etdikləri bu işğalçılıq nəticəsində iqtisadi təzminat davası açmalıyıq. Bunu isə haradan başlamlıyıq sualına gəlib işilib qalmamalıyıq.
Qarabağda işlərə start verməmişdən öncə biz bu illər ərzində ölkə iqtisadiyyatına dəymiş zərərləri qruplaşdırıb beynəlxalq məhkəmələrə daşımalyıq. Onu məhkəmə predmeti edəndən sonra burada quruculuq işlərinə start verməliyik. Mənim bir iqtisadçı kimi düşüncəm bundan ibarətdir ki, biz burada 2 fəaliyyəti əlaqələndirməliyik. Daha doğrusu 2 istiqamətli suala cavabı özümüz üçün müəyyənləşdirməliyik:
Beynəlxalq hüququn bu istiqamətdə tələbi və ona müraciətin formalarını müəyyənləşdirməli;
İqtisadiyyatdan başlamış insanların mənəvi-psixoloji durumuna vurulmuş zərərlərin hesablanması metodologiyasını müəyyənləşdirməli;
Beynəlxalq hüquqa görə zərərin ödəmə formaları
Beynəlxalq aləmin öz dili və üslubu var. Beynəlxalq hüququn isə özünün istinad edə biləcəyi müddəlar və hüquqi açarlar var. Beynəlxalq hüquq da vurulmuş zərərin ödənməsini aydın olaraq təsbit edir. “Beynəlxalq hüquqzidd əməllərə görə dövlətlərin məsuliyyətləri” adlı sənədin 31-ci maddəsində göstərilir ki, məsuliyyət daşıyan dövlət vurduğu zərəri ödəməlidir. Daha sonra isə bu hüququn 34-cü maddəsində zərərin formaları təsbit olunur. Yenə də beynəlxalq hüquq istinad etsək, məlum olacaq ki, dəymiş zərərin ödənmə forması kimi əsasən 3 formada mümkün ola bilər: restitusiya, kompensasiya və satisfaksiya.
Restitusiya – əsirlikdə saxlanılan həmvətənlərimizin azad edilməsi, orada vaxtı ilə yaşamış vətəndaşlara onlara məxsus əmlakının qaytarılması, həmin bölgələrlə bağlı vaxtı ilə qəbul edilmiş qərarların ləğv edilməsi kimi çoxsaylı kompensasiya formasıdır.
Kompensasiya – bölgəyə vurulmuş ziyanın maddi qarşılıq əvəzində ödənməsi forması hesab olunmaqla indiyə qədər əldən verilmiş ziyanları da əhatə edir.
Satisfaksiya – dövlət olaraq qarşı tərəfdən üzr istəməsi və etdikləri əmələ görə məsuliyyət daşımış şəxslər haqqında hüquqi ölçü götürməsini özündə ehtiva edir.
Bu ödəmə formalarından (kompensasiya və restitusiya) istər ayrılıqda, istərsə də bir yerdə tətbiq edilə bilər. Bu maddə BMT-nin 16.12.2005 tarixdə qəbul edilmiş beynəlxalq hüququn və insan hüquqları içərisində beynəlxalq normaların pozulmasına dair qətnaməsində qeyd edilir.
Qarabağa görə Azərbaycana dəymiş zərər
Dəymiş zərərlərin təsnifatı çoxvektorludur: (ı) ən dəyərli resurs olan vətəndaşlarımızın həyatlarına, psixologiyalarına dəymiş ziyanlar, (ıı) sənayeyə, aqrar sektora və ümumilikdə istehsala dəymiş ziyanlar, (ııı) ekologiyaya vurulmiş ağrımza yaralar və onların təsirlərinin qiymətləndiirlməsi, (ıv) dağıdılmış infrastrukura dəymiş milyardla ziyanlar və s.
Biz işğal altında olan Ermənistana təzminat davası açmalıyıq. BMT 2000-ci ildə yaydığı hesabatına görə, bu müddət ərzində Azərbaycana 53,5 mlrd. dollar həcmində zərər dəymişdir. Söhbət yalnız 7 il ərzində ölkəmizə dəymiş zərədən gedir. Torpaqlarımızın işğaldan azad olunduğu 2020-ci ilə qədər olacaq hesablamalarda deməli bu itkilərimizin miqyası daha böyük olacaq.
Dünya təcrübəsində həm dövlətarası, həm də vətəndaş müharibələri zamanı dəymiş iqtisadi zərərin çeşidli yollarla hesablanması metodları var. Hörmətli həmkarım Qubad bəyin təklif etdiyi metodlar sırasında sintetik-kontrol metodu var. Bu metodun tələblərinə görə, işğal altında olan bir rayonun əhali sayı, ÜDM və digər parametrlərinə uyğun gələn Azərbaycanın tərkibindəki bir rayonla müqayisə edib, müəyyənləşdiririk ki, bu rayonun illik gəliri nə qədər olub. Və sonda həmin rəqəmi 27 ilə vurmaqla bu rayona vurulmiş iqtisadi zərərləri hesablamaq olar.
Bu hesablama nəticələr əsasında müəyyən olunsa ki, həqiqətən Ermənistan Azərbaycana 10 milyardlarla ölçüləcək həcmdə kompensasiya ödəməlidir, onda xarici borcu ÜDM-nin 60%-i keçən, valyuta ehtiyatları 2,6 mlrd.dollar həcmində olan dövlət bunu necə ödəyə biləcək? Ən çətin və aktual sual da elə budur.
Bu yollardan biri də kontribusiya yoludur. Müəyyən dövrlərdə sülh sazişindən sonra dəymiş zərərin həcmi hesablanarkən, onu ödəyə bilməyən qarşı tərəf maddi ekvivalent kimi ona məxsus əraziləri mübadilə predmeti kimi təklif edə bilər. ABŞ 1803-cü ildə Luiziana ştatını Napoleon Bonapartdan satın alaraq, hər hektar ərazi üçün cəmi 7 sent ödəmişdi. Azərbaycan da ona dəymiş zərər müqabilində torpaq da istəyə bilər. Biz o zaman Zəngəzuru seçərik. Zəngəzurun qaytarılması həm kompensasiya forması olmaqla, həm də tarixi ədalətsizliyin təntənəsi ola bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-11-2020, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-11-2020, 08:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39