Koronavirus preparatları apteklərdən yoxa çıxıb: - Evdə müalicə olunanlara hansı dərmanlar verilmir?
Evdə müalicə olunan koronavirus xəstələrinə lazımi dərmanlar verilmir.
Son zamanlar bununla bağlı sosial şəbəkələrdə və ictimaiyyətdə şikayətlərin ardı-arası kəsilmir. Xüsusilə koronavirusun birbaşa müalicəsində tətbiq edilən antiviral preparatların ölkə apteklərindən bilərəkdən yığışdırıldığı iddia olunur.
Satış qiymətinin 500-600 manat civarında olduğu deyilən antiviral preparatlar evdə müalicə olunan xəstələrə də verilmir. Yəni dövlət tərəfindən evdə müalicə olunan xəstələrə verilən müalicə paketində bu dərmanlardan yoxdur. Yalnız xəstəxanalarda ağır simptomlu xəstələrin müalicəsində həmin pereparatlardan istifadə olunduğu bildirilir.
Qeyd edək ki, bir aydan çoxdur ki, ölkədə koronavirusa yoluxma sayı dördrəqəmliyə keçib. Təkcə ötən gün koronavirus infeksiyasına 3 646 nəfər yoluxub. 1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 34 nəfər vəfat edib. Artıq Azərbaycanda aktiv xəstə sayı 31 999 nəfərdir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, evdə müalicə olunan koronaviruslu xəstələrin sayı 30 787 nəfərdir.
Demək ki, 31 999 nəfərin 30 787 nəfəri evdə müalicə olunur. Özünü narahat hiss edənlərdən vaxtında test götürülməməsi, evdə müalicə olunan koronaviruslu xəstələrə lazımi dərmanların verilməməsi, digər tərəfdən də kontaktda olan ailə üzvlərindən test yoxlamalarının aparılmasının dayandırılması insanları çarəsiz duruma gətirib. Cavabdeh qurumların koronavirusla mübarizə işində xaotik vəziyyət yaratması, problemi bir-birlərinin üzərinə atması isə bir başqa problemdir.
Mətbuat hansısa problem olduqda Səhiyyə Nazirliyinə müraciətində “bu işə TƏBİB baxır”, TƏBİB-ə müraciət etdikdə, “Səhiyyə Nazirliyi baxır” cavabını alır. Bütün bunlar nəticə olaraq epidemioloji durumu daha da kritikləşdirir.
Bu günlərdə tanınmış həkim Qalib Əsədov da Azərbaycanda COVID-19 xəstəliyindən evdə müalicə alan xəstələrə verilən dərman preparatlarının azlığından şikayətlənmişdi.
O, “Facebook” hesabında Türkiyədə və Azərbaycanda evdə müalicə alan COVID-19 xəstələrinə pulsuz verilən dərman preparatlarının müqayisəli şəklini paylaşaraq, Azərbaycanda evdə müalicə olunan xəstələrə antiviral pereparat istisna olunaraq yalnız vitaminlərin verildiyini qeyd etmişdi.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Qalib Əsədovun sözlərinə görə, koronavirusa qarşı müalicədə ilk növbədə virusa qarşı preparatlardan istifadə olunmasını vacib sayıb:
“Azərbaycanda istər mövsümü qripə, istərsə də koronavirusa yoluxma baş alıb gedir. Koronavirusa yoluxma xüsusilə artıb. Statistika da bunu deyir. Düşünürəm ki, real rəqəmlər statistikadan qat-qat çoxdur. Bilirik ki, COVID-19 virusdur. Mütləq apteklərdə bu virusa təsir edən antiviral dərmanlar olmalıdır. Hansı ki, hazırda Azərbaycanda bu dərmanlar yoxdur. Bir də koronavirus qanın laxtalanma sisteminə təsir edir. Qanın durulaşdırılması üçün müəyyən dərmanlar var ki, bu gün bunlar da apteklərdə yoxdur. İnsanlar sadəcə olaraq, “Kleksan” preparatını tapmaq üçün əziyyət çəkirlər.
“Fabifiravir”, “Remsedevir” dərmanlarının koronavrusun müalicəsində təsirli olduğu tövsiyə edilir. Təbii ki, heç kimə nəinki bu dərmanlar, hətta vitaminləri belə özbaşına atmağı məsləhət bilmirəm. Amma əksəriyyət insanlarda virus və qızdırma var. Həkim deyir “Faviravir” atmaq lazımdır. Xəstə bunu haradan tapsın? İstər xəstəliyi yüngül simptomla, istərsə də ağır keçirən xəstə bu dərmanı haradan tapmalıdır axı? Həmçinin “Kleksanı”, haradan əldə etsin? İnfeksiya baş götürüb gedir. “Antiviral” dərmanlar apteklərdə olmalıdır”.
Həkim apteklərdə dərman çatışmazlığının yaranmasında məsul qurumları günahlandırıb:
“Əvvəllər apteklərdə “Artbidol” preparatı çox idi və bu dərmana diqqət belə yetirilmirdi. İndi isə bu dərman tapılmır. Çox az insan qrip olanda bu dərmandan istifadə edirdi. “Fabifiravir”, “Remsedevir” preparatları isə yeni dərmanlardır ki, onlar da yoxa çıxıb. Türkiyə artıq bu dərmanların istehsalına başlayıb. Azərbaycanda ağır xəstələrə bildiyim qədər xəstəxanada bu dərmanlar pulsuz verilir. Deyilənə görə əlaltından 600-700 manata bu dərmanı əldə etmək olur. İstənilən halda dərmanları özbaşına atmaq yolverilməzdir. Bütün dərmanlar, hətta vitaminlər belə kimyəvi maddələrdir, zəhərdir.
Dozasından, qədərindən çox olduqda fəsadlara yol aça bilər. Evdə müalicə olunan xəstələr belə, həkim təyinatı ilə müalicə olunmalıdır. Sadəcə problemi odur ki, həkimin təyin etdiyi dərmanı xəstə tapa bilmir. Dövlət tərəfindən evdə müalicə olunan xəstələrə dərman verilməsinə gəlincə, bu məsələdə də xeyli boşluqlar var. Dövlət evdə müalicə olunan xəstəyə təyin etdiyi dərman paketində antiviral və qandurulducu dərman yoxdur. Vitaminlər verilir ki, tək bununla da iş bitmir. Həmçinin müalicə həkim nəzarəti altında həyata keçirilməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09