SMS-li icazə istəyirsiz? - AKTUAL
Məgər doğrudan da SMS-li icazə istəyirsiz? Yadınıza gəlirsə, biz bu prosesdən keçmişik və heç də xoşagələn hal deyil. Son günlər elə daxilimizdə belə gərginlik yaranıb ki, birdən SMS-li icazə tətbiq edilər. Hamımız istəyirik ki, bu xəstəlik azalsın, Yeni il ərəfəsində insanlar kütləvi şənliklərdə iştirak etsinlər. Bunu arzu edirik, amma bəzən tuta bilmirik ki, bunlar özümüzdən asılıdır. Artıq vəziyyət doğrudan da kritikdir. Son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməsə, aktiv xəstələrin sayı 90 000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır.
Biz belə rəqəmləri dünyanın əhalisi çox olan ölkələrində görərdik. Düçünərdik ki, belə rəqəmnlər Azərbaycan üçün keçərli deyil, çünki qaydalara əməl edirik. Lakin görünən odur ki, bütün bunlar məsuliyyətsizlik edənlərlərin ucbatındandır. Müharibədəki qələbə münasibətilə yürüşlərdə iştirak anlaşılandır, insanlar sevinclərini bölüşdülər. Təəssüf ki, həmin günlərdə də qaydalara əməl edən az oldu. Halbuki biz müharibədən digər müharibəyə keçidimizi anlamadıq. COVİD-19 bir bəladır ki, dünyada tüğyan edir. Təsəvvür edin, əgər yoluxanların sayı 90 000-i ötsə, bunun üçün müalicə almağa xəstəxanalarımız varmı? Ölkədə kifayət qədər xəstəxana mövcuddur. Amma qəfil artım baş versə, fövqəladə halla üzləşəcəyik və kütləvi təlafat baş verə bilər.
Hökumət bu günlərdə SMS-li icazə tətbiq edib bir ilə yaxın qadağalar tətbiqində psixoloji cəhətdən əziyyət çəkən insanları yenidən çətin duruma salmaq istəmir. Hökumət yalnız şənbə və bazar günləri kafe və restoranların bağlaması ilə kifayətləndi. Çünki kiçik sahibkarlıqla məşğul olan insanları da nəzərə aldı ki, qazanc əldə etsinlər. Bütün bunların aradan qalxmasını hamımız istəyiriksə, mövcud qaydalara da əməl etmək lazımdır axı.
Hər gün sosial şəbəkələrdə karonadan əziyyət çəkən və müayinə alan insanları görürük. Onların arasında məşhur simalar da var. Bütün bunları görə-görə yenə də deyilir ki, “mən xəstələnməmişəmsə, deməli virus yoxdur”. Yaxud, “mənim nə qonşum, nə də hansısa doğma adamım xəstələnməyibsə, bəs belə statistika hardan ortaya çıxır”. Artıq vəziyyət elə kritik həddə çatıb ki, bu yaxın günlərdə hamı öz doğmaları vasitəsilə xəstəliyin mövcudluğunu görə biləcək. Əlbəttə, heç kim bunu arzulamaz, lakin vəziyyət ona doğru gedir. Polisi görəndə maskanı taxmaq, polis olmayanda açıb bir kənara atmaq, təkcə qanuna hörmətsizlik deyil, həm də bir virus yayımı deməkdir. İnsanları yoluxdurmaq qədər mənəvi məsuliyyət daşımayanlar çoxalıb aramızda. Hər gün də hansısa dünya klinikasının “maska taxmaq təhlükəlidir” tipli bəyanatlarıı da yaşadığımız ölkənin yoluxmasına hesablanır. İndi informasiya terroru zamanı bəzi ölkələr maraqlıdır ki, Azərbaycanda yoluxanların sayı artsın, ölkənin səhiyyə sistemi iflic vəziyyətə düşsün. Əgər maska belə zərərlidirsə, artıq neçə onillikdir ki, Çin və Yaponiya kimi ölkələrdə ekoloji vəziyyətin ağırlığına görə milyonlarla insan maska taxır. Bu məntiqlə onda gərək həmin Asiya ölkələrinin arasında kütləvi ölüm halları baş verməli idi. Deməli, bu bir informasiya terrorudur.
Dünyada olduğu kimi Azərbaycan hökuməti də məhdudiyyət qaydalarını tətbiq edir. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərir, ancaq neyləyəsn ki, bəzilərimiz bu ktirik durumdan tez çıxmağa tələsmir. Əslində, bunu ürəkdən istəyir. Lakin adi gigiyenik qaydalara əməl etmir, maska taxmağı özünə sığışdırmır, ictmai qınaq nümayiş etdirmir.
Biz SMS-li icazə istəmirik. Biz daha sərt məhdudiyyət istəmirik. Amma belə getsə, o da olacaq. Təki, hamı qaydalara əməl etsin ki, Yeni il ərəfəsində gözəl şəhərimizdə gəzib-dolanaq, torpaqlarımızın işğaldan azad edilməsini ürəklə qeyd edək.
Azər Qismət //yenisabah.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 17:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 17:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti