Ənənəvi təhsilə QAYIDIŞ: - “Ən azı mart ayına qədər...”
“Bəzi müəllim və şagirdlər texnoloji imkanlardan istifadə etməkdə hələ də çətinliklərlə üzləşirlər”.
Bu sözləri Azərbaycanda distant təhsilin müddətinin dekabrın 30-na qədər uzadılmasına münasibət bildirən ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Ekspertin fikrincə, koronavirusa yoluxma hallarının sürətlə artması fonunda distant tədrisin müddətinin uzadılması başadüşüləndir. Əsas problem isə əksər şagirdlərin distant təhsildən hələ də tam yararlana bilməməsidir:
“Gələn ilin mart ayından etibarən, müəyyən siniflər, o cümlədən, ixtisaslar üzrə ali təhsil müəssisələrində dərslər tədricən ənənəvi qaydada bərpa oluna bilər. Hazırda ölkəmizdə mövsümi qrip yayılıb. Bundan əlavə, COVID-19-a gündəlik yoluxma statistikası da 4 min nəfəri ötüb.
Belə bir vəziyyətdə ənənəvi təhsil sisteminə keçid mümkün deyil. Yalnız yoluxma sayında azalma minimal həddə yaxınlaşarsa, o zaman bu barədə düşünmək olar. Yoluxma sayının azaldılması üçün yaxın həftələrdə bəzi sahələrin yenidən qapadılacağı gözlənilir.
Distant təhsil sahəsində dəyişikliyə hal-hazırda lüzum yoxdur. Burada əsas məsələ bu təhsil formasından doğru şəkildə yararlanmaqdır. Əlimizdə olan platformalardan düzgün istifadə edə bilsək, bu müvəqqəti dönəmi uğurla adlaya bilərik.
Yaxşı olar ki, həm müəllimlər, həm də şagird və tələbələr virtual platformalardan istifadə qaydaları haqqında müntəzəm məlumatlandırılsınlar. Təəssüf ki, bəzi müəllim və şagirdlər texnoloji imkanlardan istifadə etməkdə hələ də çətinliklərlə üzləşirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2020, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2020, 14:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01