Qarabağ “müdafiə naziri”nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır...
Qarabağda tör-töküntüləri hələ də sülənən qondarma separatçı-terrorçu rejimin ordusunun keçmiş komandanı Calal Arutyunyanın avtomobilinin 44 günlük savaş günlərindən birində qalib ordumuz tərəfindən vurulması ilə bağlı yeni məqamlar açıqlanıb.
Erməni nəşrlərinin yaydığı məlumata görə, C.Arutyunyan avtomobili vurulmamışdan öncə işğalçı Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan ilə İordaniyadan gətirilən hava müdafiə sistemlərinin işləməməsi ilə bağlı kəskin mübahisə edib.
“Mübahisə zamanı Calal Arutyunyan qeyd edib ki, müharibə bitdikdən sonra susmayacaq və Qarabağın cənubunun səmasını tamamilə müdafiəsiz edənlərin adını çəkəcək. Üstəlik, partlayışdan bir gün əvvəl keçmiş ordu komandanı dırnaqarası Qarabağ prezidenti Araik Arutyunyana bildirib ki, düşmənin bu istiqamətdə yeni qüvvələr topladığını nəzərə alaraq Şuşada və Daşaltı kəndində ehtiyat canlı qüvvə və artilleriya toplayaraq istehkamlar qurmağa başlamaq lazımdır. C.Arutyunyanın yaxınları əmindir ki, onun hərəkət marşrutu barədə məlumatların sızdırılması qəsdən açıq rabitə yolu ilə təşkil edilmiş və nəticədə Azərbaycan Silahlı Qüvvələri müdafiə ordusu komandirinin yerini asanlıqla təsbit etmişdir”- Mediaport nəşri belə yazır.
Xəbərə o da əlavə edilir ki, Rusiya telegram kanalları dünən Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın hərbi vəziyyətə baxmayaraq Vyanaya uçduğunu yazıb. Daha öncə məlumat verilmişdi ki, Patronu D.Tonoyana Vyanada bir mənzil bağışlayıb. Patronun kim olduğu isə açıqlanmır...
Paylaş:
Müəllif : Fuad
Tarix:2-12-2020, 21:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-12-2020, 21:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:02
Səhiyyə Nazirliyinin əməkdaşları “Laser Beauty Estetik Klinikası”nda müqavimətlə üzləşdi
Bu gün, 10:50
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 08:57
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:32
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Dünən, 12:24
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
22-01-2025, 22:25