reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ

reklam

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ


“Mən sənə qələbə sevincini yaşadacağam, ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən. Başını dik tut, şəhidlik elə bir zirvədir ki, bu ali məqam hər kəsə nəsib olmur” deyirdi şəhid leytenant Kamran Quluzadə.

Baku TV əməkdaşları bu gün qırx mərasimi olan şəhidimizin ailəsi ilə görüşüb.

Şuşa uğrunda gedən gərgin döyüşlərdə düşmənə ağır zərbə vuraraq, şəhidlik zirvəsinə ucalan leytenant Kamran Quluzadə hələ uşaq yaşlarında taxtadan hazırladığı silahla “mən düşmənlərimizi öldürəcəyəm, general olacağam” deyirdi.

“Övladımın vətənə sevgisinə, qorxmazlığına heyran idim. O, hər zaman çalışıb, gecə-gündüz kitab əlində düşməyib”, - Kamranın anası Maya Quliyeva deyib.

Kamran 2015-ci ildə Heydər Əliyev adına Ali hərbi məktəbdə daxil olub. Buranı yüksək göstəricilərlə bitirir, vətənə xidmət üçün Naxçıvana yola düşüb. Vətən Müharibəsi başlayanda yeddi kurs yoldaşının şəhidlik xəbəri Kamranı bərk sarsıdır. Ailəsinə demədən cəbhəyə yollanıb.

Şəhidimizin atası Pərviz Quliyevin sözlərinə görə, Kamran hər söhbətində qardaşlarına vətən sevgisini aşılayırdı.



Paylaş:


Müəllif : Tarix:
3-12-2020, 19:45
Sikayət   


loading...
Загрузка...