Düşmənin belini qıran qəhrəman neftçilər - FOTO
Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq, işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında Azərbaycan hərbçiləri böyük şücaət göstərib.
“Qarabağ Azərbaycandır!” şüarı ilə on minlərlə Azərbaycan igidi, oğul və qızları silaha sarılıb işğal altında, erməni tapdağı altında olan torpaqlarını azad etməyə getdi. Müharibəyə yollananlar arasında dövlət qurumlarında çalışan minlərlə vətənpərvər şəxs də oldu.
Report qəhrəmanlarımızı xalqa təqdim etmək məqsədilə dövlət qurumlarına müraciətlərini ünvanlayıb. Bu istiqamətdə 500-ə yaxın əməkdaşı Qarabağın azadlığı uğrunda döyüşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qəhrəmanlarını təqdim edirik:
Atalarının layiqli davamçısı olan oğullar
II Qarabağ Müharibəsində qələbəyə imza atan əsgərlərimizin bir çoxunun atası I Qarabağ Müharibəsi veteranıdır. Atalarının layiqli davamçısı olan oğullarımız Qarabağda zəfər çaldılar. 23 yaşlı qəhrəmanımız Əmir Cəfərov kimi...
Ə.Cəfərov SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində qazmaçı peşəsinin sirlərini öyrənib. Təcrübədə olmasına baxmayaraq, Qarabağ savaşı başlayan kimi könüllü Vətənin müdafiəsinə yollanıb.
Daşaltı, Laçın, Şuşa, Qırmızı Bazarda düşmənin qərarğahı və canlı qüvvəsinin məhv edilməsi, eləcə də, bir sıra yüksəkliklərin işğalçılardan azad olunması əməliyyatlarında Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşüb.
Təbii ki, qələbə sevincini bizə yaşadan, tarix yazan qəhrəmanlarımız əbədi olaraq qəlblərimizdə yaşayacaq. I Qarabağ Müharibəsi veteranı Elşən Abuşov II Qarabağ savaşına da könüllü yollanıb. Bu dəfə böyük oğlu Şahmarla düşmənə qarşı eyni cəbhədə - Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə çiyin-çiyinə vuruşublar.
Ehtiyatda olan zabit, baş leytenant Elşən Abuşov döyüşlərin birində top mərmisinin partlaması nəticəsində yaralanıb. Müalicədən sonra hospitaldan yenidən ön cəbhəyə qayıdıb. SOCAR-ın Kompleks Qazma İşləri Trestinin motorçusu Elşən Abuşov bölük komandirinin müavinidir. O, hazırda da Ağdərədə Vətənin keşiyindədir.
Yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgər
SOCAR-da çalışan və müharibədə fəxrlə iştirak edən döyüşçülərdən biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilmiş, mənzillə təmin olunmuş Rüfət Rüstəmovdur.
10 ildən çoxdur ki, Heydər Əliyev adına neft emalı zavodunda 55-ci qurğuda operator işləyən vətənpərvər döyüşçü Qarabağın işğaldan azad edilməsi üğrunda döyüşlərdə iştirak etmiş könüllü əsgərdir.
II Qarabağ Müharibəsi başlayan ilk gündən əks-hücum əməliyyatlarında peşəkar topçu Rüfət ağır döyüşlərdə düşmənin qənimi olub. Ağdam, Füzuli, Hadrut, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən qardaşımız cəbhə yoldaşları ilə Kəlbəcərə qədər gedib. O, bu gün də silahı yerə qoymayıb və Kələbəcərdə vətənin keşiyindədir.
II Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlər sırasında 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyın Elçin Əhmədov da var.
Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram”, - deyir. O, Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib.
Uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir.
İşğalçı ordunu böyük itkiyə məruz qoyan neftçilər
SOCAR-ın Ekologiya İdarəsinin Monitorinq Departamentinin böyük mühəndisi, SOCAR-ın Daxili Təqaüd Proqramının dörd dəfə qalibi olmuş Maarif Sadıqov torpaqlarımızın şğaldan azad edilməsində xüsusi əməliyyat taborunun leytenantı kimi tarixə adını yazan qəhrəmanlardandır.
30 yaşlı neftçi Hadrut və Şuşa istiqamətində gedən xüsusi döyüş əməliyyatlarında iştirak edərək, işğalçı ordunu böyük sayda itkiyə məruz qoyan zabitlərimizdəndir. Maarif yaralı cəbhə yoldaşlarının döyüş bölgəsindən çıxarılmasında da əsas qüvvə olub.
Qarabağda 44 gün qələbə savaşında müzəffər Azərbaycan ordusu hərbi texnika ilə yanaşı, müasir rəqəmsal texnologiya ilə də təchiz edilib. SOCAR-ın İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsinin rəisi, Milli Ordunun ehtiyatda olan baş leytenantı Salman Kərimli II Qarabağ Savaşının ilk günlərindən ön cəbhədə radio-rabitə taqım komandiri kimi xidmətdədir.
S.Kərimli cəbhə xəttində rabitə əlaqəsinin peşəkar səviyyədə təşkil edilməsində əməyi keçən neftçilərdəndir. Torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında radio-rabitə əlaqəsinin mükəmməl səviyyədə qurulması qələbənin əldə edilməsinə bizi daha da yaxın edib.
Qayaya “SOCAR Şuşada” sözlərini həkk edən igid
İkinci Qarabağ Müharibəsi başlayan gündən rəşadətli ordumuzun sıralarında azğın düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak edən minlərlə igid əsgərimizdən biri də Nicat Hüseynovdur.
SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışan Nicat işğal tariximizlə həmyaşıddır. 28 yaşlı Nicat Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib. Yaralanıb, sağalan kimi yenidən cəbhə yoldaşlarının sıraslarına qatılıb.
O, Qarabağın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunduğu gün qaya parçasına “SOCAR Şuşada” sözlərini həkk etməklə qələbə sevincini bütün neftçilərlə bölüşüb.
Qarabağda döyüşən “Azəriqaz” əməkdaşları
SOCAR-da çalışan rəşadətli igidlər olduqca çoxdur. Hamısı barəsində yazmaq da mümkün deyil. Ancaq onlar Azərbaycanın şanlı qələbə tarixini yazan oğullardlar. Buna görə də bir çoxlarının adlarını qeyd etmək yerinə düşər.
Qürurla adları çəkiləcək igidlərin arasında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin Bərdə xidmət sahəsində anbardar vəzifəsində çalışan Ədalət Süleymanov, “Azəriqaz”ın əməkdaşı, ordumuzun igid döyüşçüsü İltizar Quliyev, “Azəriqaz”ın Tərtər Regional qaz istismarı İdarəsinin Ağcabədi xidmət sahəsində çalışan Elşən Quliyev, Şuşa uğrunda döyüşlərdə iştirak edən Afik Tağıyevin də adlarını çəkmək olar. Afik “Azəriqaz”ın Şəmkir Regional qaz istismarı İdarəsində böyük mühəndis vəzifəsində çalışır.
Belə oğullar arasında Mənsur İsalı da var. Mənsur Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. O, “Azəriqaz”da qaz kəmərlərinin sökülməsi sahəsində çalışır.
Bu gün bir çox SOCAR əməkdaşı işğaldan azad edilmiş torpaqlarımızda hələ də tarix yazmaqda davam edir. Müharibənin bitməsinə baxmayaraq, onlar hələ də Vətəninin keşiyindədirlər. Vətənimiz Azərbaycanın onlar kimi oğulları ilə qüdrətlidir! Azərbaycan bu cür oğulları ilə qürur duyur və onların haqqı heç zaman qaytarılmayacaq.
Qarabağ Azərbaycandır!
Paylaş:
Müəllif : Fuad
Tarix:4-12-2020, 16:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-12-2020, 16:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29