“Peşə bayramımda mənə “Şəhid anası” olmağı hədiyyə etdi...” - FOTO
Azərbaycanın daha bir - 20 yaşlı qəhrəman şəhidi Kənan Ömərlini sizə tanıdacağıq.
Göyçay rayonun Cəyirli kəndindən olan Kənan bu il universitetin əyani bölməsinə qəbul olub. Amma universitetə daxil olduğunu Səfərbərlik Xidmətindən gizlədib. Təhsil almaq arzusu canından çox sevdiyi Vətənə xidmət etmək arzusunu üstələyə bilməyib.
Sentyabrın 29-da könüllü cəbhəyə yollanan şəhidimizə yekun qələbəni görmək nəsib olmayıb. Kənan bir həftədən sonra - oktyabrın 5-də Ağdamda qəhrəmancasına döyüşərək, aldığı qəlpə yarasından şəhid olub.
Ötən il oktyabrın 5-də Müəllimlər Günündə qardaşı ilə birgə anasını təbrik edən Kənan bu il həmin gündə valideyninə “Şəhid anası” olmağı hədiyyə edib.
Qafqazinfo-ya danışan şəhid anası, Göyçay peşə liseyinin müəllimi Məxluqə Ömərova bildirib ki, oğlu təlim keçilən 80 nəfər könüllü dəstəsinin tərkibində olub:
“Komandir onlardan “Kim qabağa getmək istəyir?” soruşanda Kənan da irəli durub. Hərbi hissənin komandiri bunları qardaşıma danışıb.
Kənan cılız uşaq idi, hardasa 49-50 kilo çəkisi var idi. Ancaq o qədər vətənpərvər bir uşaq idi ki... Uşaq vaxtı velosipedində bayraqla gəzirdi.
Bir dəfə Mübariz İbrahimovla bağlı televizorda veriliş gedirdi. Baxıb mənə dedi ki, ana, mən də gedəcəm, Mübariz kimi şəhid olacam. Tovuz hadisələrində böyük qardaşı ilə gedib, bizə demədən cəbhəyə könüllü yazılıblar.
Sentyabrın 29-da da getdi, oktyabrın 5-də gecə saat 11-də Ağdamda şəhid oldu. Canını tapşıranda deyib ki, anam bilməsin. Elə bilib ki, sağalacaq.
Mən heç vaxt onu adı ilə çağırmırdım, ona körpəm deyirdim. Evin dördüncü uşağı idi. O qədər yaxşı övlad idi ki... Mənim hər qayğıma qalırdı. Belə oğullar az olur. Saçımı qurutmaqdan tutmuş, ayaqqabımı silməyə qədər hər şeyi edirdi”.
Qürurla danışan ana deyir ki, Kənan bu il Gəncə Texnologiya Universitetinə əyani ixtisas üzrə qəbul olmuşdu:
“Əlinə sənədini vermişdim ki, Səfərbərliyə qəbul olunduğunu deyərsən. Desəydi, onu döyüşə aparmayacaqdılar. Ancaq deməyib. Mənə dedi ki, buna ehtiyac görməyib. Gedəndə də mənə dedi ki, ana, ağlama, başını dik tut. Üç qardaşdan biri getməlidir.
Ancaq oxumaqla bağlı böyük arzuları var idi. 21 yaşı hələ gələn il olacaqdı. Naxçıvanda xidmət edib, hərbi xidmətdə təşəkkürnamə də alıb. O, həm də hərbi xidməti zamanı aşpaz kimi də çalışıb.
20 çörəyi bir gündə o arıq canı ilə yoğurub əsgərlərə bişirərdi. Bir dəfə dedim ki, oğlum, başqa adam yoxdurmu, gərək sən bişirəsən? Qayıdıb dedi ki, ana, bəs orada uşaqlar, komandirimiz ac qalsın?
Qollarında da o vaxtdan yanıq izləri olub. Sən demə, çörək bişirəndə olubmuş. Bunu da təzə bildim, amma məni tənbeh etmişdi ki, heç kimə deməyim...”
Oğlunun da əsəri olan müqəddəs zəfərimizdən şərəf hissi keçirən ana “Kaş Kənan da sona qədər döyüşüb Zəfər bayrağımızı sanca bilərdi”, - deyə öz dili ilə desək, körpəsi ilə bağlı son arzusunu dilə gətirir...
Paylaş:
Müəllif : Fuad
Tarix:5-12-2020, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-12-2020, 14:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52