"Əsgərlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını gizlədirmişlər" - Şəhid Əliqismət Yaqublunun həyat yolu
"Bilənlər bilir, hərbidə ibadət etmək çox çətindir, biz bir dəfə də olsa onun namazını qəza etdiyini görmədik".
Bu sözləri XTQ-nin baş leytenantı şəhid Əliqismət Mükafat oğlu Yaqublu haqqında Yeniavaz.com-a danışan qardaşı Nurlan deyib:
"Qardaşım uşağlığından namaz, ibadət əhli olub. Ən böyük arzusu idi şəhadətə ucalmaq. Əliqismət İmam Hüseyn, Əhli Beyt aşiqi idi. Əsgərləri deyir ki, hərbidə olmalarına baxmayaraq ibadət etmək istəyənlərə çox yaxşı şərait yaradırmış. Bilirsiz onun haqqında danışmaq mənim üçün həm fəxrdir, həm də çətindir. O fərqli insan idi. Onun kimi dost, ata, həyat yoldaşı, qardaş, oğul dünyaya az-az gəlir. Çox fədakar idi".
Nurlan qardaşının son döyüşə qəlpə yarası ilə girməsindən də danışıb:
"Əliqismətin döyüş yoldaşı, kapitan Ceyhun Təhməzov deyir ki, qardaşım onu və yüzlərlə digər yaralı döyüşçüləri döyüş meydanından çıxararaq ölümdən xilas edib. Qardaşımın Şuşaya yaralı getməsi barədə N saylı hərbi hissənin həkimi də öz xatirələrində qeyd edib".
Həkim öz qeydlərində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Əliqismət Yaqublu barədə bu sözləri əlavə edib:
"Şuşa uğrunda gedən döyüşlərdə sanitarlar çox sayda ağır yaralılar və şəhidlər gətirirdilər. Gətirililərin əksəriyyətində köhnə sağalmamış yaralar müşahidə olunurdu. Bizim əsgər və zabitlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını tibbi personaldan gizlədirmişlər. Dünya tarixində heç bir müharibədə belə kütləvi şəkildə fədakarlıq olmayıb.
P.S. Nə qədər ağır olsa da bunu yazmalıyam. Şəhidimiz Əliqismət son döyüşə gedəndə bədənində qəlpə yarası var imiş... ("Gözümün işığı" əsərindən)"
Əliqismət Yaqublu 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olub. 2007-ci ildə Lerik şəhər 3 saylı orta məktəbin 9-cu sinfini bitirib. C.Naxçıvanski adına Bakı Hərbi Kollecinə daxil olub. Kolleci bitirərək 2010-cu ildə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə buranı da müvəffəqiyyətlə başa vurub. Daha sonra TTM-i bitirib, 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb. 2015-ci ildə öz ərizəsi ilə cəbhə bölgəsinə gedib və Beyləqan rayonunun Milabaddakı Hərbi Korpusunda xidmətə başlayıb. Əliqismət 2016-cı ildə “Aprel döyüşləri”ndə iştirak edərək, qəhrəmanlıqlar göstərib. “Aprel döyüşləri”ndən sonra Qobustana göndərilib. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə, Ağcabədiyə qayıdıb. 2018-ci ildən Cəlilabadda Xüsusi Təyinatlı Qüvələrin baş leytenantı kimi Xidmət Rəisi vəzifəsini icra etməyə başlayıb. XTQ-nin idarəetmə zabitlərindən olub.
Əliqismət Yaqublu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Xüsusi Təyinatlı Qüvələrin zabiti kimi vətən müharibəsində iştirak edib. O, Murov dağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun, Kəlbəcər və Laçının bir neçə kəndinin azad olunmasında xüsusi qəhrəmanlıqlar göstərib. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarıb.
Baş leytenant Əliqismət Yaqublu 5 noyabr 2020-ci ildə Daşaltıda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailəli olub, 2 övladı var.
Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi Kələxan kəndinə gətirilərək böyük izdihamla torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2020, 15:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2020, 15:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti