Almaniya 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarıb
Almaniyada miqrasiya idarələrinə saxta sənəd təqdim edərək sığınacaq üçün müraciət edən 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarılıb.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumatda bildirilir ki, 2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib.
Əldə etdiyimiz məlumata görə, həmin şəxslərin sığınacaq statusu ala bilməmələrinə səbəb Almaniya miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxıb. Eyni zamanda bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.
Deportasiya ediləcək Azərbaycan vətəndaşları hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya və Bavariya əyalətində yaşayırlar.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən verilən məlumata görə, bu ilin noyabr ayında ümumilikdə 3 510 nəfərin qaçqın statusu üçün müraciəti federal idarənin yerli şöbələri tərəfindən rədd edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2020, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-12-2020, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39