Şəhid ailələri və müharibə əlillərinə dəstək üçün YENİ TƏKLİF
"Şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə pensiya və ya müavinət ödəniləcək və onların pensiyasının sığorta hissəsinə əlavələr ediləcək. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunacaqlar. Eyni zamanda əlillər protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunacaqlar və Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlər veriləcək. Əvvəlki təcrübədə olduğu kimi Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də tətbiq ediləcəkdir. Hətta mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlərin təqdim edilməsi prosesinə belə başlanılıb".
Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Qeyd edib ki, bəzən bu dəstək tədbirlərinin yetərsizliyini ifadə etmək istəyənlər hansısa inkişaf etmiş ölkə nümunəsi gətirərək, müqayisəli təhlil aparırlar:
"Bəzən də əksinə bunu daha çox tərifləmək istəyənlər isə geridə qalmış ölkə modellərinə və orada oxşar stuasiyalarda dövlətin yanaşmasını misal gətirib yenə də müqayisəli təhlilə keçirlər. Əslində isə bu yanaşmanın hər ikisi yanlışdır. Yəni iqtisadi imkanlar “X” həcmində qiymətləndirilən ölkələrlə, iqtisadi imkanları “10X” olan ölkələrin şəhid və ya əlil vətəndaşlarına dəstək tədbirləri nominal olaraq müqayisə edilməməlidir. Başqa sözlə, hər ölkə öz sinifindən olan ölkələrlə müqayisəli təhlilə cəlb edilə bilər. Məsələyə məhz bu konteksdən yanaşdıqda Azərbaycanın şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutuduğu dəstək tədbirləri eyni katiqoriyadan olan ölkələrlə müqayisdə kifayət qədər üstündür".
Ekspertin sözlərinə görə, istər əhatə etdiyi istiqamətlərin müxtəlifliyi baxımından, istərsə də əksər istiqamətlərdə olan ödənişlər baxımından bu üstünlüyü görmək olur:
"Lakin burada bəzi məqamlar da nəzərə alınsaydı, daha yaxşı olardı. Məsələn, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq. 250, 230 və 210 manat müəyyən edilib. Bir dəfəlik ödənişin məbləği nə qədər çox olsa da, uzun müddətli təsir imkanlarına malik olmur. Aylıq təqaüdlər isə əlil üçün son dərəcə vacib əhəmiyyət daşıyır. Məbləğə baxdıqda görürük ki, 1 və 3-cü qrup əlillər arasında cəmi 40 manatlıq bir fərq var. Amma nəzərə alaq ki, bu iki qrup arasındakı sağlamlıq fərqi 40 manatla ölçülə bilməz. Çünki müəyyən əməklə məşğul ola biləcək 3-cü qrup əlilinə verilən təqaüdlə əmək qabbiliyyətini tam itirmiş 1-ci qrup əlilinə verilən təqaüd arasındakı fərq belə kiçik olmamalıdır. Düşünürəm ki, bu dəstək tədbirləri yetərincə geniş və müxətlif istiqamətli olsa da, qeyd etdiyim bu nüansa yenidən baxılacaq".
Vətən müharibəsi əlillərinin məşğulluq məsələsinə də toxunan ekspert hesab edir ki, aktiv məşğulluq proqramlarında onlara üstünlük verilməsi vurğulansa da, çox zaman bunun təcrübədə tam öz əksini tapmadığı müşahidə olunur:
"Buna görə də əlillərin məşğuliyyətinin tam təmin edilməsi üçün dövlət, ya özəl olmasından asılı olmayarq bütün təsərrüfat subyektlərinin (idarə, müəssisə və təşkilatların) qarşısına bununla bağlı öhdəlik qoyulmalıdır".
Onun fikrincə, sadəcə tövsiyə xarakterli çağırışlar etməklə kifayətlənmək olmaz:
"İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssislərin iştirakı ilə bu istiqamətdə yeni konsepsiyası hazırlanmalıdır. Hansı müəssisə və təşkilatlarda neçə faiz əməkdaşın müharibə əlili olması, neçənci qrup əlil olması və s. kimi detallar işlənib hazırlanmalı və icra edilməlidir. Daha sonra isə güclü nəzarət mexanizmi işə salınmalıdır. Çünki müharibə dövrü, bütün təsərrüfat subyektləri yüksək ruhda olub, dəstək nümayiş etdirsələr də, müharibədən sonra şərtlər dəyişir. Biznes maraqları önə çıxır - müəssisə rəhbəri (biznes sahibi) daha çox iqtisadi uğur haqqında düşünür. Buna görə də kadrların seçilməsi zamanı əlilərin bu seçimdə qalıb gəlməsi mümkün olmur. Deməli, dövlət bu məsələdə təsərüfat subyektləri qarşısında çox dəqiq öhdəlik qoymalı və icrasına nəzarət etməlidir".
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2020, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-12-2020, 11:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01