reklam
Regionxeberlericom.az » Cəmiyyət » Uşaq evində böyümüş iki şəhidimiz - Nicatı dayısı dəfn etdi, Əmrahın isə kimsəsi yoxdur

reklam

Uşaq evində böyümüş iki şəhidimiz - Nicatı dayısı dəfn etdi, Əmrahın isə kimsəsi yoxdur


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə profilində uşaq evində böyümüş iki şəhidin fotolarını paylaşıb.

Hər iki şəhid Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məzunlar evinin sakinləri olub. Şəhid Salahov Nicat artıq dəfn olunub, onun nəşini dayısı tanıyıb. Ancaq Rəcəbov Əmrahın heç kimi olmadığı üçün nəşi tibbi ekspertiza vasitəsilə təsdiqlənəcək. Allahdan şəhidlərimizə rəhmət diləyirik!

Kəmalə Ağazadənin paylaşımı:
Solda Salahov Nicat, sağda Rəcəbov Əmrah...
ŞƏHİDLƏRİMİZDİR...
Hər ikisi internat məktəbinin məzunu...
Hər ikisi ƏƏSMN-nin MƏZUNLAR EVİNİN sakinləri...
Bir gediblər...bir xidmət ediblər... ŞƏHİDLİK zirvəsinə ucalmalarında 1 ay fərq olub...
Nicat balamız dünən dəfn olunub...Dayısı nəşini tanıyıb...
Əmrahın isə heç kimi yoxdur...Nəşini tibbi təsdiqini edəcək qədər...
ƏMRAH hamımızın balasıdır...
BAŞIN SAĞ OLSUN,VƏTƏN!


Paylaş:


Müəllif : Tarix:
7-12-2020, 16:04
Sikayət   


loading...
Загрузка...