COVİD-19 virusundan sağalmaq üçün nə qədər pul lazımdır? – Həkim və koronavirus xəstəsindən AÇIQLAMA
Son günlər insanlar arasında koronavirusa yoluxanların müalicə proseduru ilə bağlı müxtəlif narazılıqlarının olduğunu müşahidə edirik. Belə ki, COVİD-19 xəstələri lazım olan dərmanların bahalılığından və konkret reseptin olmadığından gileylənir.
Maraqlıdır, koronavirusa yoluxmuş xəstənin müalicəsinə ortalama nə qədər pul tələb olunur? Evdə müalicə alan xəstələr nələrə diqqət etməlidir?
Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev xəstələrin bahalı dərmanlara pul xərcləməli olmadığını və uyğun həkimlərə müraciət etməli olduğunu bildirib:
"Evdə müalicə alan koronavirus xəstələrinin hərəsinə bir cür resept yazılır. Elə xəstələr var ki, ya tibb bacısına müraciət edir ya da koronavirusa yoluxmuş hansısa digər xəstədən resept götürür. Necə gəldi dərman qəbul etmək olmaz, bəzi dərmanların isə qiyməti bahadır, onlara pul xərcləmək lazım deyil. Koronavirusun müalicəsi ilə məşğul olan həkimlər vahid protokol tərtib etməli və deməlidilər ki, hansı şikayəti olan xəstələr hansı preparatlardan istifadə etsinlər.
Koronavirus xəstələri sırf bu xəstəliyin müalicəsi ilə məşğul olan həkimlərə müraciət etsələr daha yaxşı olar. Lakin xəstə məcbur qaldığı halda sahə həkiminə də müraciət edə bilər, poliklinikada həkimlər bu barədə təlimatlandırılıblar".
A.Əliyev xəstəliyi yüngül keçirənlərin 10-20 manat civarında xərci çıxdığını deyir:
"Dərmanlara xərclənən pul xəstənin vəziyyətindən aslı olaraq dəyişir. Elə xəstə var ki, onda ümumiyyətlə simptomlar hiss olunmur, sadəcə test pozitiv çıxır. Belə xəstələrin heç bir xərci çıxmır. Lakin elə xəstələr də olur ki, yüngül də olsa simptomlar hiss olunur, onlara 10-20 manat civarında dərman yazılır. Amma xəstələr də var ki, onlar oksigen balonuna qoşulmalıdır, əlavə müalicələr edilir edilir ki, həmin şəxslərin müalicəsi isə daha bahadır".
Ümumi xərcin nə qədər olduğunu dəqiqləşdirmək məqsədilə bu xəstəliyə yoluxmuş şəxslə danışmağın daha uyğun olduğunu düşündük.
Müsahibimiz, 12 gündür koronavirusdan müalicə alan Mirçingiz Ağazadə bildirdi ki, bu günlərdə dərmanlara 30 manat civarında pul xərcləyib:
"Mənə müalicə üçün iynə yazılmadı, çünki müalicə hamıda eyni deyil. Amma belə dərmanların ümumən xərci təxminən otuz manat civarındadır. Bunlar birdəfəlik dərmanlardır, yəni sağalanadək. C vitamini, D vitamini, erqoferon, kardio aspirin kimi dərmanların qiyməti də aldığın aptek və markaya görə dəyişir. Belə dərmanlar standart olaraq hamıya yazılır. Ancaq xəstəliyin ağırlığına görə başqa dərmanlar da yazıla bilər".
M.Ağazadə müalicədə istifadə etdiyi dərmanların ona onlayn qaydada tövsiyə edildiyini deyir:
"Suallarıma cavab almaq üçün aidiyyatı qurumlara etdiyim zənglərə doğru-dürüst cavab ala bilməmişəm. Müalicə üçün aldığım dərmanları da onlayn qaydada "WhatsApp" üzərindən məsləhət görüblər, müayinə etmədən. Xəstəliyi orta-yüngül keçirirəm".
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2020, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-12-2020, 13:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01