Azərbaycan əsgəri Xankəndidən sonra Əsgəranda: Sərbəst gəzir, alver edirlər...
Azərbaycan əsgəri Əsgəranın mərkəzində sərbəst hərəkət edir.
Bu barədə Əsgəran “icmasının rəhbəri” Hayk Şmiryan deyib.
Onun sözlərinə görə, Azərbaycan əsgərləri Əsgəran mərkəzindən bir kilometr kənardadır: “Onlar mərkəzdə mağazalara gəlir, sərbəst şəkildə alver edir”.
Qeyd edək ki, Əsgəran Xocalının qəsəbəsidir. Ermənilər Əsgərana şəhər desələr də, Azərbaycanın inzibati ərazi bölgüsündə bu adda şəhər yoxdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində Əsgəran rayonu mövcud olub, lakin bu rayon 1991-ci ilin 26 noyabrında ləğv edilərək, Xocalı rayonunun tərkibinə verilib.
Bundan əvvəl ermənilər Azərbaycan əsgərinin Xankəndidə sərbəst gəzdiyi, mağazalardan alver etdiyi haqda məlumatlar yaymışdı.
Ermənilər bunu təəccüblə dilə gətirsələr də, burada qeyri-adi heç nə yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və adıçəkilən ərazilərdə ermənilər yaşasa da, Azərbaycana məxsusdur. /Publika.az
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2020, 20:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-12-2020, 20:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti